adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Iyun 2019 17:50
26216
ƏDƏBİYYAT

QALSTUK - Tural Cəfərli yazır

(Hekayə)

Ən qorxuluan zəfər anıdır.

Napoleon Bonapart

Ağdam, Cəbrayıl,Füzuli... Bir qazinin söylədikləri: "Şahbulaqda dəhşətli döyüşoldu. Həmin döyüşdə taborumuzdan bir qrupu ayırıb tank taboruna köməyə göndərmişdilər.Artıq ermənilər həmin yüksəkliyi almışdılar deyə, biz Maqsudlu kəndinə qədərgeri çəkilib postlarımızı orada qurduq. Geridə vurularaq qalan tanklarımızı dabirtəhər sürüyüb post qurduğumuz yerə gətirdik. Ermənilər başladılar Maqsudlu kəndinəhücuma, biz məcburən oradan da çəkildik. Bax bu əməliyyatımız çox uğursuzolmuşdu. İnanın, bu döyüşlərdə ac qalmışıq, ayaqlarımız batinkadan həftələrləçıxmayıb. Bir dəfə də Təpə döyüşləri oldu. Həmin bu yüksəkliyi aldıq bu döyüşdə.Xeyli şəhid verdik, amma bir əsgərin dediklərini unuda bilmirəm. O əsgəriminaatanla vurmuşdular, qarın hissəsini minaatan aparmışdı, bağırsaqları yerdəidi. Nəysə bağırsaqların yerdən yığıb xərəyə qoyanda ona iynə vurdular, gözünüaçıb dedi ki, atamın-anamın bir dənəsiyəm, anama öldüyümü deməyin, itkindüşdüyümü deyin... Sonra gözlərini yumdu.”

***

Dəli Vidadiyay-qış səliqə ilə geyindiyi ağ köynəyi, sarı qalstuku, qırmızı papağı başındaköhnə tütün fabrikinin qarşısından keçib yolun qırağı ilə "Arzu” kafesininyanına qədər eyni yolu iti addımlarla gedib-gəlir: əlini gah cibinə, gah belinə,gah da alnına qoyub, cır səslə öz-özünə nəsə donquldanır, qəfil dayanır, göyəbaxır və yenidən yoluna davam edirdi...Elə bil içində civə qaynayırdı, hamıyaşübhəli nəzərlə baxıb keçirdi, bəlkə də kimisə axtarırdı, kiməsə vacib sözü varidi... Amma heç kim Vidadinin kimi axtardığını, nə demək istədiyini bilmirdi...

- "Birinci” mən "Kəpəzəm” necə başa düşdün qəbul....

-....................

- Birinci,birinci!!!

-Birinci qəbulda!

-Biz kəndi aldıq, kənd bizdədi.... Necə başa düşdünqəbul!

-........

Bir dəfə necə oldusa kənddə yeni "dəli”peyda oldu. Aqronom Habil dayının kiçik oğlu, əsgərlikdən yenicə qayıdan Seymurqəribə hərəkətlər eləməyə başladı. Gah başına torba keçirib qışqırmağa, gah da ayağınakəndir bağlayıb küçə boyu o başa bu başa qaçırdı . Sonra şüşə butulkalarınınqapaqlarını yığıb evə aparırdı. Bir müddətdən belə davam etdi və bir gün kəndcamaatı onu dəli Vidadi ilə birlikdə görəndə bu "dəli”lik faktı bütün kəndcamaatı tərəfindən öz təsdiqini tapmış oldu... İndi kəndin iki dəlisi var idi:Dəli Vidadi və Dəli Seymur...

Amma bütün bunlarla bərabər nə dəliVidadinin, nə də yenicə "dəli”lik statusunu almış Seymurun xətrinə heç kim dəymirdi.Əksinə onlara daha çox diqqət və qayğı göstərirdilər. Dəli Vidadi öz "tale”yoldaşına baxanda daha təcrübəli idi deyə, hamı Seymura görə daha çox narahatolurdu. Hətta qırx il aqronom işləmiş Habil dayı bu hadisədən sonra dözməyibinfarkt keçirdi. Bir həftə xəstəxanada yatdı, kişinin ürəyi şirədən çat verənnar kimi partlamışdı. Həkimlərin müdaxiləsinə baxmayarq onu xilas edə bilmədilər.Deyilənə görə, Habil dayının öldüyü gün Seymur çoxlu şüşə qabların qapağınıyığıb uşaq kimi sevinirmiş... Həmin gün kəndə dolu yağdı. Camaatın təsərrüfatınaxeyli ziyan dəymişdi. Hamının başı təsərrüfata qarışmışdı deyə, Habil dayınınyası bir az sönük və urvatsız keçmişdi...

Bir gün kəndə xəbər yayıldı ki, bəs dəliSeymur ağıllanıb. Hətta evə gəlib, atasından sonra ailəsinə başçılıq edəcəyinidə söyləyib. Heç kim bu xəbərə inanmaq istəmirdi. Necə ola bilər ki, dəliSeymur təzədən "ağıllana...” ?

Xəbərin yayılmasından bir ay ötmüşdü. Kəndcammatı Seymurun ağıllanmasına inanmışdı. Seymur fəhləlik eləməyə başlamışdı.Daha evə qapaq yox, çörək pulu gətirirdi. Anası hələ Seymura bir qız datapmışdı. Tezliklə, atasının ili çıxan kimi ona toy eləmək istəyirdi. Seymur buişdən narazı deyildi. Evlənmək, ailə, övlad sahibi olmaq istəyirdi. Həm də özüişləyir, evlənsə lap yaxşı, həm anası sevinər, həm özü həyatını qurar, belə dəazdan-çoxdan qazanır, ailəsini də saxlamağa gücü çatar...

DəliVidadini sanki kənd cammatı az da olsa unutmuşdu. İndi onu küçədə çox nadirhallarda görmək olurdu. Özünə yeni qalstuk almışdı, yaşıl rəngli qalstuku onaçox yaraşırdı. Həm də bir az görkəminə ciddilik verirdi. O aldığı bütünqalstukları xüsusi bir qutuda saxlayır, qutunun açarını da həmişə ipləboynundan asardı. Onun bu qutudan savayı heç nəyi yox idi. Babası Məşədi Nəbidənqalan daxmada ömrünü beləcə yaşamaqda davam edirdi...

Yayın ən cırhacır vaxtları idi. Ətrafdacanlı olan heç nə gözə dəymirdi. Elə bil kəndə əbədi sükut çökmüşdü. Sıra ilədüzülmüş tut ağaclarının bir yarpağı belə tərpənmirdi. Aləmdə qəribə bir mənzərəyaranmışdı... Deyəsən nəsə pis xəbər ya da hadisə olacaqdı. Amma axşama qədərheç nə olmadı. Gecə yarısı bir yağış yağdı ki... Necə deyərlər tut ucundan göyəçıx...

Dəli Vidadi əlinin üstünə "damğa” vurmuşdu. Budamğa bir az ulduza da oxşayırdı. Ancaq bu damğanın mənasını nə Vidadinin özünə,nə də bunu görən kənd cammatına aydın deyildi. Heç kim də bu damğanın nəyə işarəetdiyini Vidadidən soruşmurdu. Yox, elə bilməyin bu damğa cammat üçün maraqsızidi, yox, sadəcə olaraq bunun soruşmağın heç bir mənası yox idi. Vidadi verilənsualların heç birinə indiyənədək cavab verməmişdi...

Seymurun toyu bu ayın 15-nə danışılmışdı.Artıq dəvətnamələr də paylanılmışdı. Qohum-qonşu hamı toya hazırlaşırdı. Seymurbu müddət ərzində özü haqqında xeyli xoş sözlər və fikirlər eşitmişdi, indihamı onu tərifləyir, yaxşı mənada nümunə də çəkirdi...

"Görəsən mən necə öləcəm?” bu sualVidadinin üzündə naməlum bir ifadə yaratmışdı. Ömründə bəlkə də ilk dəfə idi, oözünə bu sualı verirdi... Tək, ümidsiz və heç kimə lazım olmadığını dərk etdiyigün bu sual onun beynini güllə kimi dəlib keçdi. Gözlərindən yaş gəldi. Hiss elədiki, bu vaxta kimi yaşadığı ömür onun deyilmiş. Sanki başqasının, yad birininömrünü yaşayıbmış... Özgə ömrü... O axır vaxtlar hardansa qələm, dəftər tapıb nələrsəyazmağa başlamışdı. Hətta dəftərin qırağına Seymurun toy gününün tarixini dəyazmışdı. Deyilənə görə Seymurun toyu çox əntiqə keçib, bütün kənd orda imiş.Hamı şad, xürrəm, xoşbəxt görünürmüş... Bircə Vidadi o toyda yox idi. Heç onu dəvətedən də olmamışdı... Bütün bunlara baxmayaraq o öz dəftərində bu əlamətdar günüqeyd etməyi unutmamışdı...

"Bir azdanöləcəm. Lap az vaxtım qalıb... Kimə nə deyim, kimi çağırım bu son anımda?” Dəftərinaxırıncı vərəqindəki yazı bu sualla başlayır. Sualdan sonra bir ağac, ikiyarpaq şəkli çəkilib. Ağac tut ağacına bənzəyir. Yarpaqların biri yaşıl, birisarı rəngdədi. Başqa heç nə. Heç nə yazılmayıb... Bu Vidadinin son işi idi.Göndərmək istədiyi, ya demək istədiyi nəsə... Açarı qalstukları saxladığıqutunun üstünə qoymuşdu. Ən sevdiyi qalstuku taxıb güzgüdə özünə baxdı... Buqalstuku o hələ dəli olmamışdan qabaq, könüllü olaraq Qarabağa, Ağdama döyüşəgetməzdən öncə almışdı. Ağ-qara zolaqlı qalstuk. Müharibədə yaralandı,kantuziya aldı, iki ay qospitalda yatdı. Sonra onu yaşadığı kəndə yolladılar.Ağır kantuziya aldığından daha cəbhə üçün yarasız idi. Elə o vaxtdan da kənddədəli kimi tanınmağa başlamışdı...

Qutunugötürüb kəndin ayağına tərəf getdi. Vidadi qutudan beş əlli yapışmışdı. Məktəbəçatan kimi dayandı. Dərslər bir həftəydi başlamışdı. Məktəbin həyətində uşaqlartənəffüz vaxtı olduğu üçün gizlənqaç oynayırdı. Uşaqlara yaxınlaşıb əlində bərk-bərktutduğu qutunu açdı... Rəngbərəng qalstukları uşaqlara uzatdı. Uşaqlar sevincəkhalda qalstukları götürüb məktəbin həyətində qaçmağa başladılar... Vidadi bir kənardaəyləşib, uşaqların qalstukları çərpələng kimi necə uçurduqlarına baxırdı...Üzündəyaranan təbəssümü heç kim görmürdü...Uşaqların gülüş səsləri Vidadinin gözyaşlarına qarışmışdı.O, uzun illərdən sonra ilk dəfə idi ki, özünü xoşbəxt hissedirdi...