adalet.az header logo
  • Bakı -°C
06 Yanvar 2026 19:24
146
İDMAN
A- A+

"Qalatasaray" İtaliya klubuna təklif göndərdi

"Qalatasaray" klubu qış transfer pəncərəsində səs-küylü keçidə hazırlaşır.

Adalet.az "Sky Sports"un tanınmış jurnalisti Canluka Di Martsioya istinadən xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "İnter" klubu ilə yarımmüdafiəçi Davide Frattesinin transferi üçün danışıqlara start verib.

Məlumata görə, 26 yaşlı futbolçu Türkiyəyə köçməyə müsbət yanaşır və "sarı-qırmızılar"la şəxsi müqavilə şərtlərində razılıq əldə olunub. Hazırda son qərarın "İnter" tərəfindən verilməsi gözlənilir.

Bildirilir ki, "Qalatasaray" qarşı tərəfə diqqətçəkın təklif təqdim edib. Plana əsasən, Frattesi üçün 5 milyon avro icarə haqqı ödəniləcək və müqaviləyə 30 milyon avroluq məcburi satınalma bəndi daxil ediləcək.

Qeyd edək ki, Davide Frattesi cari mövsümdə "İnter"in heyətində bütün turnirlərdə 15 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Milan klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.