adalet.az header logo
  • Bakı -°C
09 Yanvar 2026 17:48
109
İDMAN
A- A+

“Qalatasaray” - “Fənərbağça” oyununun saatı dəyişdirildi

Futbol üzrə Türkiyə Superkubokunda “Qalatasaray” və “Fənərbağça” komandaları arasında keçiriləcək final oyununun saatı dəyişdirilib.

Adalet.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq görüş əlverişsiz hava şəraiti səbəbindən Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

Matçın daha əvvəl 21:30 start götürəcəyi açıqlanmışdı.