adalet.az header logo
  • Bakı -°C
08 Yanvar 2026 19:00
132
İDMAN
A- A+

"Bayern"in qapıçısı İngiltərə klubuna keçdi

"Bayern"in və İsrail millisinin qapıçısı Daniel Perets karyerasına İngiltərə çempionatında davam edəcək. 

Adalet.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddəti 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Perets cari mövsümün ilk yarısını "Hamburq"da keçirib, lakin start heyətində yer ala bilməyib. O, yalnız Almaniya Kubokunda cəmi iki oyun keçirib və bir qol buraxıb.

"Sauthempton" hazırda Çempionşipin turnir cədvəlində 33 xalla 15-ci yerdədir.