adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Dekabr 2018 17:54
12213
İDMAN

“Qalatasaray” brazilyalı hücumçu alır

"Qalatasaray” Moskva "Lokomotiv”inin futbolçusu Luiz Adrianonu transfer edir.

Adalet.az-ın "Milliyət"ə istinadən yaydığı xəbərə görə, İstanbul klubu ilkin razılıq əldə etdiyi 31 yaşlı hücumçu ilə qış transfer pəncərəsində müqavilə imzalayacaq.

Brazilyalı futbolçu üçün "sarı-qırmızılar”ın qarşı tərəfə 4 milyon avro ödəyəcəyi və futbolçu ilə 3 il yarımlıq müqavilə imzalayacağı iddia edilir.

Qeyd edək ki, L. Adriano bu mövsüm Moskva klubunun heyətində 17 oyunda 4 qol vurub, 4 qol ötürməsi verib.