Qafqaz dövlətlərinin xarici borcu: Gürcüstan borc bataqlığında
Gürcüstanın xarici dövlət borcu sentyabrın sonunda 9,03 milyard ABŞ dolları təşkil edərək ilk dəfə olaraq 9 milyard dollar həddini keçib.
Adalet.az xəbər verir ki, bu fakt Gürcüstan Maliyyə Nazirliyinin saytında dərc edilmiş mövcud məlumatlardan götürülüb.
Gürcüstanın Maliyyə Departamentinin məlumatına görə, Gürcüstanın dövlət borcu əvvəlki ayla müqayisədə 43,4 milyon dollar artıb. O cümlədən, Avropa İnvestisiya Bankına olan borc 9,1 milyon ABŞ dolları, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına olan borc 17 milyon dollar artıb.
Gürcüstanın digər dövlətlərə borcları arasında onun Fransaya olan borcu 1,6 milyon dollar artıb ki, bu da Gürcüstanın dövlət borcunun ən böyük kreditoru olmaqda davam edir. 814,5 milyon dollardan çox olub. Almaniyaya olan borc 7,2 milyon dollar artaraq 617,6 milyona çatıb, Rusiyaya olan borc isə dəyişməz olaraq 7,8 milyon dollar olub.
Bir il ərzində Gürcüstanın dövlət borcu 580,7 milyon ABŞ dollarından çox, o cümlədən Asiya İnkişaf Bankına olan borcu 216,3 milyon dollar, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına olan borcu isə 220,4 milyon dollar artıb.
Ermənistanın xarici borcla bağlı məlumatı isə Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Artur Xaçatryan açıqlayıb. O bildirib ki, iyunun 1-nə olan məlumatda Ermənistanın xarici borcu 12 milyard dolları keçib:" Əhalinin sayına bölsək, hər birimizin 4000 dollardan çox borcumuz var".
Qeyd edək ki, 2024-cü il 1 iyul tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 367,5 milyon ABŞ dolları, daxili borcu isə 16571,9 milyon manat təşkil edib.
Əntiqə Rəşid
Digər Xəbərlər
03 Noyabr 2025 18:05
Azərbaycan nümayəndə heyəti konfransda iştirak edib
03 Noyabr 2025 13:27
“Əgər bu olmasa, yerli məhsullar bazarda satışını təşkil edə bilməyəcək”
03 Noyabr 2025 11:28
Ötən il cərimələrdən dövlət büdcəsinə 380 milyon manat daxil olub
03 Noyabr 2025 09:52


Bakı -°C

