adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Yanvar 2019 10:29
12741
KRİMİNAL

Qadınları fahişəliyə məruz qoyan tutuldu

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini S.İxayevanın qadınları xarici ölkələrə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.İxayeva polis əməkdaşları tərəfindən saxlanılıb.