adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 May 2019 13:15
14411
ELM VƏ TƏHSİL

“Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin icrasına başlanılıb

13-14 may tarixlərində Füzulirayonunda "Qadınlara Gender Əsaslı İqtisadi Dəstəklayihəsininbaşlanmasına dair görüşlər keçirilib. LayihəSosial Tərəqqi İctimai Birliyi (STİB) Avropa İttifaqınınmaliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi vəicra etdiyi "Genderə - həssas Dayanıqlı İnkişaf MəqsədlərininHəyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması”layihəsiçərçivəsində həyata keçirilir.

İlk məlumatlandırma görüşü məcburi köçkünlər üçün inşa edilmişZobucuk qəsəbələrinin, ikinci görüş isə Qayıdış və Fin evləri qəsəbələrinin sakinlərivə nümayəndələri üçün keçirilib. Bu görüşlərdə Füzuli rayon İcra Hakimiyyətininnümayəndələri, qəsəbələr üzrə bələdiyyə üzvləri, qəsəbə icra nümayəndələri,Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOB) Füzuli rayon üzrənümayəndəsi, fəal qadınlar iştirak ediblər.

STİB-inlayihə meneceri Əşrəf Mirzəzadə layihənin qısa təqdimatını edərək bildirib ki,layihəninməqsədi Azərbaycan respublikasının Füzuli rayonunda inşa edilmiş 17 məcburi köçkün qəsəbələrində, xüsusiləqadınlar və gənc nəsil arasında gender məsələləri üzrə maarifləndirilmətədbirlərinin təşkili və keçirilməsidir. Layihənin 2 komponent üzrə həyatakeçiriləcəyini qeyd edən Ə. Mirzəzadə bildirib ki, birinci komponent interaktivtəlimlər, ikinci komponent isə MK qadınlara gəlirgətirən bizneslərin yaradılması üçün texniki və maliyyə dəstəyi ilətəmin edilməsi şəklində olacaq. Nəticədə qadınlar tərəfindən idarə olunacaqMMC-lər yaradılacaq.

Görüşlərdə söz alan KOBİA-nın nümayəndəsi Hafiz Sadıqov qeyd edib ki,Füzuli rayonu ərazisində belə bir layihənin icra olunması çox təqdirəlayiqdirvə bu qadınlar arasında sahibkarlığa marağın artmasına böyük təkan verəcək.Bununla yanaşı H. Sadıqov layihə nəticəsində yaranacaq sahibkarlıqsubyektlərinə KOBİA tərəfindən lazımi dəstək göstəriləcəyini deyib.

Görüşlərdəiştirak edən Füzuli rayon İH-nin Sosial-İqtisadi məsələlər üzrə müaviniSüleyman Əliyev bildirib ki, bu layihə MK qəsəbələrində məskunlaşmış qadınlarınsosial-iqtisadi inteqrasiyasına çox müsbət təsir edəcəkdir və onlarıncəmiyyətdə daha fəal olmaqlarına şərait yaradacaq.

Hər iki görüşün sonunda müzakirələr aparılıb, iştirakçıların suallarıcavablandırılıb və təkliflər dinlənilib.