Qadın ərinin əmisini qətlə yetirdi
Bakıda 16 gün əvvəl qohumu tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb.
Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, yanvarın 27-də Bakı şəhər sakini, 32 yaşlı Aygün Ələkbərova yaşadığı evdə 1956-cı il təvəllüdlü Hökməli Fətəliyevə bıçaqla xəsarət yetirib. Faktla bağlı Xətai Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən A. Ələkbərova Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
H. Fətəliyev fevralın 11-də aldığı xəsarətdən xəstəxanada ölüb. Bu səbəbdən də başlanmış cinayət işi həmin məcəllənin 126.3-cü (qəsdəm sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.
Hazırda başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən Hökməli Fətəliyev Aygün Ələkbərovanın həyat yoldaşının əmisidir. Aygün Ələkbərova ifadəsində, kirayə qaldığı evə sərxoş vəziyyətdə gələn qohumunu ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün bıçaqladığını bildirib.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06