adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Noyabr 2019 14:12
25327
ƏDƏBİYYAT

Qaçaq Nəbi Mahnısı və Səttərxan Təsnifi - Elman Cıvıroğlu yazır

Bilindiyi kimi ədəbiyyat, bədiiyaradıcılıq sahəsi də içində olmaqla sənət aləmində sənətkarlarmız arasındabirbirindən təsirlənmələr olub. Hətta poezyada bir klassikimiz özündən öncəkiklassikdən, sənətkardan təsirlənərək onun hər hansı bir şeirinə nəzirə dəyazıb. Məsələ, klassiklərimizdən olan Ə.Nəvaininbəzi qəzəlindən ilham alaraq Füzulinin gözəl əsər ortaya qoyduğu bəllidir.

Yaxın tariximizdə görkəmli sənətkarımz HüseynCavid "Şeyx Sənan” faciəsindəki kor ərəbinməşhur mahnısının mətnini Güney Azərbaycanlı şairimiz Əbülhəsən Racinin (1834-1875):

Nəeşq olaydı, nə aşiq, nə hüsni- dilbər olaydı

Nəayinə, nə səfa, ey könül, nə cövhər olaydı

beytiylə başlayan bir şeirindəntəsirlənərək yazıb. Səməd Vurğununölkəmizdə geniş yayılmış "Azərbaycan, Azərbaycan”başlıqlı şeirin də Əhməd Cavadıneyni adlı, 1919-cu il tarixli şeirindən doğduğu bilinməkdədir. İncəsənət sahəsindədə təsirlənmələr özünü az göstərməyib.

Burada məqsədim toxunduğum mövzu ilə bağlıgeniş danışmaq deyil, iki qəhramanlıq mahnımıza, nəğməmizə dair bir-iki söz söyləmək istəyirəm. Bunlardan biri "Qaçaq Nəbi”xalqmahnısı,digəri isə”Səttarxan təsnifi”dir. "Qaçaq Nəbi” mahnısını usta xanəndələrimizinifasında çox dinləmişik. "Səttarxan təsnifi ni işə şəxsən mən "Segah” muğamınınifasında zirvə fəth etmiş İslam Abdullayevinifasında dinləmişəm. Bu təsnifi başqa bir xanəndənin, müğənninin oxuduğunadair bir bilgim yoxdur.

"Səttarxan təsnifi ni dinləyərkən bu təsnif ilə"Qaçaq Nəbi” mahnısı arasında olduqca yaxın bənzərlik, hətta eynilik (mətindəkisözləri çıxmaqla) gördüm. Eyni melodiya, eyni motiv...

Bildiyim qədəriylə qəhramanlıq mahnısınınikisi də Azərbaycanın elm və mədəniyyət (elm də mədəniyyətin içindədir, ancaqbizdəki gələnəyə uyaraq belə yazdım) mərkəzlərindən biri olan Qarabağ bölgəsində(bir çox musiqi əsərləri kimi)yaradılıb, ifa edilib.

İslam Abdullayevin ifasında "Səttarxan təsnifi”1909-cu ildə (bəzən 1910 kimi göstərilir) Azərbaycandan kənarda bir səhmdarşirkəti tərəfindən qrammofon valınayazılmışdır. Qacaq Nəbi haqqında mahnı isə yuxarıda da dediyim kimi Sovet dövründəxanəndələrimiz (Xan Şuşinski də daxil olmaqla)tərəfindən oxunub. Buradan təbiiolaraq belə bir sual ortaya çıxır: Bumusiqi örnəklərindən təsir edən və təsirlənənhansıdı r, yaxud hansı "köçürmə” dir?

Xalq musiqimizə bələd olan musiqiçilərimizinbu məsələyə aydınlıq gətirəcəkləriniümid edirəm.