Qabil Məmmədov barəsində həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev və Qurban Məmmədov barəsində təqdimatlara baxılıb.
Adalet.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun təqidmatlarına Binəqədi rayon Məhkəməsində baxılıb, məhkəmə təqdimatları təmin edib. Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qiyabi icraat başlanaraq istintaqa çağırılmış digər təqsirləndirilən şəxslər barəsində də məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda təqdimatların göndərilməsi gözlənilir.
Digər Xəbərlər

Məhkəmə Qabil Məmmədova qiyabi 16 il həbs cəzası verdi

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ!

Fikrət Cəfərli həbs edildi

Xaricdə yaşayan İmaməddin Əlimanovla bağlı hökm elan olunub

Məhkəmələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ!

Baş Prokuror bu idarəyə yeni rəis təyin etdi

Kamran Əliyevdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA
