Fikrət Cəfərli həbs edildi
İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə məhkəmə prosesi keçirilib.
Adalet.az apa-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, Fikrət Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev Fikrət Cəfərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.
E.Əliyev F.Cəfərlinin ona sosial şəbəkədə böhtan atdığını, işgüzar nüfuzuna zərər vurduğunu iddia edərək onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi üzrə cinayət məsuliyyətə cəlb olunmasını istəyib.
Digər Xəbərlər
07 Avqust 2026 16:53
Rəşad Dağlı azadlığa çıxır? - VİDEO
07 Avqust 2026 16:37
Prokurorluq həbs edilən rəislə bağlı məlumat yaydı
07 Avqust 2026 10:42
Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı mühüm qərar
06 Avqust 2026 20:08


Bakı -°C

