adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Avqust 2015 12:01
6787
DÜNYA

Putinin mətbuat katibi olimpiya çempionu ilə ailə həyatı qurub

Rusiya prezidenti Vladimir Putinin  47 yaşlı mətbuat katibi Dmitri Peskov Turin Olimpiadasının buz üstə rəqs idman növü üzrə çempionu 40 yaşlı Tatyana Navka ilə ailə həyatı qurub.

Cütlüyün toyu bu gün Soçidəki "Rodina Grand Hotel & SPA”da keçirilib.  Toy mərasimində onlarla siyasətçi, məmur, idmançı və mədəniyyət xadimləri iştirak edib. Məlumata görə, Dmitri Peskov 3-cü, Tatyana Navka isə 2-ci dəfə ailə qurur. Peskovun əvvəlki nikahlardan üç, Navkanın bir övladı var.