adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyul 2018 10:20
11694
DÜNYA

PUTİNİN DANIŞAN DİLİ DUQİN DEYİL, LAVROVDU

Sağ olsunlar bir topa urus politoloqlar, deputatlar yığışıb gəliblərAzərbaycana. Gediblər Cocuq-Mərcanlıya, orda bizimkilərlə birlikdə bir konfransmı-forummu keçiriblər. Orda da, Duqin adlı birnəfər başda olmaqla, Urusetdən gələnlərdeyiblər ki, Ermənistan Dağlıq Qarabağı və 7 rayonu qaytarmalıdır.

Mətbuatımız da gözəl manşetlər atıblar:

«Duqin dedi ki, beş rayon qaytarılmalıdır…»

«Dumanın vitse-prezidenti sərt qonuşdu:«Dağlıq Qarabağ Azərbaycan torpağıdır…»

Nə bilim, hansı urus deputatsa dedi ki, «Dağlıq Qarabağ əzəli Azərbaycantorpağıdı…»

«Paşinyan rusların Mərcanlı səfərindən bərk təşvişə düşüb…»

«Paşinyan həyəcan içindədi…»

«Paşinyan şalvarını batırıb…»

«Duqin Putinin danışan dilidi»…

Bu yerdə lap gül vurmuşuq. Əvvəla, Putinin öz dilinə nə olub ki, Duqin onun dili olsun? İkincisi də, Putinin danışan dili varsa, dostlar, o da Duqin deyil, Lavrovdu.

(Məmmədhüseyn Təhmasib, «Azərbaycan nağılları», 2525-2713-cü səhifələr, BMT-nin4 qətnaməsi)