adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Mart 2017 12:19
5801
DÜNYA

Putinin adı yeni qalmaqalda hallandı

Fransa Respublika partiyasının prezidentliyə namizədi Fransua Fiyon 50 min dollar qarşılığında livanlı milyarderi Vladimir Putinlə görüşdürüb.

Bu iddia ilə Le Canard Encahine qəzeti çıxış edib. Qəzetin iddiasına görə, həmin görüş 2015-ci ilin iyununda Sankt-Peterburq İqtisadi Forumunda baş tutub.

Fiyon milyarder Fuad Maxzumi və Total şirkətinin baş direktoru Patrik Puyannedən 50 min dollar alıb. Bu görşüləri Fiyonun 2F Conseil konsaltiqn şirkəti reallaşdırıb. Bundan öncə, Fiyon fırıldaqçılıqda ittiham olunurdu və onun barəsində cinayət işi hələ də davam edir.