Putin Zelenskiylə görüşə hazırlaşmır
Türkiyə lideri Ərdoğanın təklifi ilə Vladimir Putinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünə dair heç bir hazırlıq işləri aparılmır. Bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.
"Bu görüşlə bağlı Ukraynanın silahla doldurulmasından və Minsk razılaşmasının kompleks şəkildə yerinə yetirilməməsindən başqa ortada heç nə yoxdur"- deyə Peskov bidirib.
Türkiyə prezidenti Rəcəb Taib Ərdoğanın Putin və Zelenskini ölkəsinə dəvət etməsi məsələsi bu günlərdə məlum olub. Ərdoğan iki dövlət başçısının məsələnin danışıqlar yolu ilə həll olunması üçün "göz-gözə müzakirə aparacağına" ümid etdiyini bildirib.
Ukrayna prezidenti ofisinin rəhbəri Mixail Podolyak Ukrayna və Rusiya liderlərinin danışıqlar aparmaq üçün Türkiyəyə dəvət etməsini düşünülmüş addım kimi qiymətləndirib.
Ofis rəhbərinin fikirincə bu təklifdə potensal var. O, qeyd edib ki, Türkiyə lideri Rəcəb Taib Ərdoğan regiondakı vəziyyəti yaxşı bilir və həm Ukraynanın, həm də Rusiyanın nə istədiyini də anlayır. Eyni zamanda öz ölkəsinin strateji maraqlarını da nəzərə alır.
Podolyakın fikirincə Moskva bu danışıqlarda özünün güclü tərəf olacağına əmin olmadığı üçün bu təklifdən yayınmağa çalışır.
Rüstəm Hacıyev
Digər Xəbərlər
14 Dekabr 2025 09:38
Tramp Tailand və Kambocanı yeni tariflərlə hədələdi
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33


Bakı -°C

