Putin Ərdoğanla Türkiyədə görüşəcək
Rusiya prezidenti Vladimir Putin dekabr ayında Türkiyəyə səfər edəcək. Bunu Türkiyənin Moskvadakı səfiri Ümid Yardım bildirib. Onun sözlərinə görə, Putinin əsas məqsədi iki ölkə arasında bu ilin sonunda planlaşdırılan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasında iştirak etməkdir. Toplantıda Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək. Ü.Yardım qeyd edib ki, sammit çərçivəsində iki ölkə prezidentlərinin görüşü də gözlənilir: "Şuranın ötən iclası Ərdoğan və Putinin həmsədrliyi ilə Peterburqda keçirilib. İclaslar zamanı iki ölkənin bütün aspektləri müzakirə olunur. Dekabrda keçirilməsi gözlənilən sammitin Türkiyənin hansı şəhərində baş tutacağı yaxın vaxtlarda bəlli olacaq”. Xatırladaq ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurası 2010-cu ildə Rusiya və Türkiyənin baş nazirləri səviyyəsində yaradılıb.
Digər Xəbərlər
04 May 2024 21:30
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 10:00Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37