"AzerGold”da ənənəvi qanvermə aksiyası keçirilib
“AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə növbəti qanvermə aksiyası təşkil olunub.
QSC-dən Adalet.az- a bildirilib ki, aksiyada qurumun mərkəzi aparatı və törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşları könüllü donor qismində iştirak ediblər.
Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən sanitar-gigiyenik qaydalara uyğun şəkildə həyata keçirilib. Qanvermədən əvvəl donorlar tibbi müayinədən keçiblər.
Aksiya çərçivəsində toplanan qan ehtiyatı laborator müayinədən sonra talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqların müalicəsində istifadə olunmaq üçün Respublika Qan Bankına təhvil veriləcək.
Qeyd edək ki, cari il ərzində “AzerGold” QSC tərəfindən sosial məsuliyyət fəaliyyəti çərçivəsində həssas qruplara, xüsusilə uşaqlara dəstək yönümlü layihə və aksiyaların təşkili davam etdiriləcək.
Digər Xəbərlər
05 Iyun 2026 17:54
Ağırlıq qaldıranlar daha uzunömürlü olur
05 Iyun 2026 11:46
100-dən çox şəxs sosial xidmətlərdən yararlandı
04 Iyun 2026 10:47
Hər donor qanı hansı yoxlamalardan keçir? - AÇIQLAMA
04 Iyun 2026 10:31


Bakı -°C

