adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Fevral 2015 15:56
1725
GÜNDƏM

Prokurorluq orqanlarında yeni təyinatlar

Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.

 

Adalet.az-ın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bərdə rayon prokuroru Rəhim Əliyev və Ağdam rayon prokuroru Kamran Əhmədov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Suraxanı və Saatlı rayon prokuroru vəzifələrinə təyinat alıblar.

 

Ağdam və Bərdə rayon prokuroru vəzifələrinə hələlik təyinat yoxdur.

 

Xatırladaq ki, Suraxanı rayonunun prokuroru bir müddət əvvəl Sumqayıt şəhərinə, Saatlı rayonunun prokuroru isə Cəlilabada təyin edilib.