Prokurorluq əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısı ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamına müvafiq olaraq hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Prokurorluq işçiləri peşə bayramı günü münasibətilə oktyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları yad ediblər, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoyulub.
Digər Xəbərlər
29 Aprel 2024 16:43
ABŞ səfiri Qırmızı Qəsəbə kəndində olub
29 Aprel 2024 16:26Havanın temperaturu iqlim normasından yüksəkdir
29 Aprel 2024 15:45Azad edilmiş ərazilərdə aşkar edilən minaların sayı açıqlanıb
29 Aprel 2024 15:20Voskanyan istefa təkifi: Bizə hakimiyyət dəyişikliyi, bacarıqlı və milli lider lazımdır"
29 Aprel 2024 13:15