adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Yanvar 2017 09:40
8718
DÜNYA

Prokurorluğa hücum - 4 nəfər ölüb

Meksikanın Kintano-ROO ştatında kurort şəhəri Kankunada prokurorluq binasına hücum nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Bu barədə ştatın qubernatoru Karlos Xoakin Qonsales bildirib.

Məlumata görə, ötən gün motosikldə silahlılar prokuroluq binasına yaxınlaşaraq atəş açıblar. Sonra hadisə yerindən uzaqlaşan silahlıların ardınca xüsusi dəstə təqib edir. Şəhərdə hazırda axtarış aparılır. Lakin silahlıları tapmaq hələ mümkün olmayıb.

Atılan güllələrdən birinin yaxınlıqdakı qaz sisterninə dəyməsi səbəbindən ərazidə yerləşən obyektlərdən insanlar təcili təxliyyə ediliblər.