Prodüser Təranə Səmədovanın qızı anası ilə görüşdən imtina etdi
“Hazırda həbsdə olan prodüser Təranə Səmədovanın böyük qızı anası ilə görüşdən imtina edib”.
Bunu “Qaynarinfo”ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
Onun sözlərinə görə, Təranənin böyük qızı sığınacaqda qalanda anası ilə görüşmək istəmədiyini bildirib.
“İndi də Rəqsanə ilə yaşayır. Mən həbsxanaya gedəndə Təranə böyük qızı ilə görüşmək istədiyini dedi. Mən də bu xahişi qızına çatdırdım. Qızı isə anası ilə görüşdən imtina etdi, dedi ki, mən anamla ünsiyyət qurmaq istəmirəm”, - deyə Kəmalə Ağazadə vurğulayıb.
Ekspert hesab edir ki, buna səbəb əvvəlki illərdə evdə yaşananlar olub:
“Biz kimisə ittiham edə bilmərik, bu, onun fikridir. Düşünürəm ki, əsas səbəbi elə özləri bilirlər. Onun anası ilə görüşmək istəməməsi o deməkdir ki, ana ilə balanın arasında münasibətlər çox kəskindir”.
Qeyd edək ki, prodüser Təranə Səmədova həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. Xatırladaq ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməyib. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb. Onu da xatırladaq ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıb.
Digər Xəbərlər
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43
Narkotiklə bağlı 1765 cinayət faktı aşkarlanıb
17 Mart 2026 17:14


Bakı -°C

