"Problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcək" - Baş nazir
"2026-cı ilin dövlət büdcəsində investisiya yönümlü dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait nəzərdə tutulur. Hazırda Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, ən yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat marşrutu kimi mühüm əhəmiyyət kəsb edir:
"Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Bu istiqamətdə icra edilən layihələr böyük həcmdə beynəlxalq sərmayələr cəlb edir. Bu, sənayenin inkişafının növbəti istiqamətidir. Bu gün Azərbaycan bir sıra Mərkəzi Asiya ölkələri ilə birgə sərmayə fondları yaradıb, bir sıra dost ölkələrə Dövlət Neft Fondu və SOCAR vasitəsilə investisiya yatırıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək, ölkəmiz dividendlər qazanacaq və iqtisadiyyatımız üçün əlavə dəyər yaranacaqdır. Beləliklə, sadalanan istiqamətlər yeni inkişaf modelini və yeni artım drayverlərini yaradan strateji layihələrdir. Bütövlükdə, cənab Prezidentin son 20 ildə uzaqgörən və düşünülmüş siyasəti Azərbaycana mühüm siyasi - iqtisadi uğurlar qazandırmışdır ki, bu uğurların məntiqi zirvəsi hazırda yaşadığımız şanlı Zəfər tarixidir. Cənab Prezidentin bugünkü çoxşaxəli siyasəti və ondan irəli gələrək Hökumət qarşısında qoyacağı hədəflər isə qarşıdakı illərdə milli iqtisadiyyatımızın dinamik inkişafını təmin edəcəkdir. Büdcə müzakirələri zamanı qaldırılan məsələlər Hökumət və aidiyyəti qurumlar tərəfindən daim diqqətə alınacaq, qeyd edilən problemlərin həlli istiqamətində hər il olduğu kimi gələn ildə büdcə imkanları çərçivəsində mümkün olan bütün zəruri tədbirlər görüləcək".
Digər Xəbərlər
03 Mart 2026 11:24
Ötən ay Azərbaycan türk dövlətləri ilə 500 milyon dollarlıq ticarət aparıb
03 Mart 2026 09:42
Azərbaycan nefti kəskin bahalaşdı
02 Mart 2026 11:46
Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri müzakirə edildi
02 Mart 2026 11:05
“İran ilə ticarət əlaqələrində texniki çətinliklər davam etsə...”
28 Fevral 2026 12:15
“Bu qərar rəqəmsallaşma prosesini daha planlı və koordinasiyalı edəcək...”
28 Fevral 2026 11:30
Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi TƏYİN ETDİ
28 Fevral 2026 09:56
"Rəqəmsallaşma ölkənin texnoloji inkişafına təkan verəcək" - İqtisadçı
27 Fevral 2026 16:06


Bakı -°C

