adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Mart 2019 14:32
16233
DÜNYA

PREZİDENTLİYƏ NAMİZƏDƏ QARŞI SUİ-QƏSD

RİA-Novostinin yaydığıməlumata görə, Əfqanıstan prezidentliyinənamizədlərdən birinə qarşı Kabulda sui-qəsdedilib. 1TV telekanalının yaydığı məlumata görə, sui-qəsd nəticəsində ƏfqanıstanınMilli Konqress Partiyasının lideri Əbdül Lətif Pedram xəsarət alıb.

Bildirilir ki, Əfqanıstanınpaytaxtı Kabulda bir neçə partlayış törədilib. Bu partlayışlar siyasiliderlərin ölkə ərazisində keçirdikləri görüş yerlərində həyata keçirilib. Tolo Nyus telekanalı bildirir ki, şəhərdə bir gündə ən azı10 partlayış qeydə alınıb. Söhbət həmin ərazilərəatılan minamyot mərmilərindən gedir. Bundanbaşqa tədbirlər keçirilən ərazilərinyaxınlığında güllə səsləri eşidilib.

Əfqanıstanda prezident seçkilərinin keçirilməsi bu ilin 20 iyul tarixində gözlənilir. Ali dövlət başçısıpostuna seçilmək üçün artıq 18 nəfər namizəd qeydə alınıb. O cümlədən2014-cü il prezident seçkilərində dövlətbaşçısı kürsüsü uğrunda mübarizə aparmış tanınmış siyasilər Əşrəf Qəni və AbdullaAbdulla da namizədliklərini irəli sürüblər.

MEHRİBAN