21 Iyun 2025 12:01
110
GÜNDƏM

Prezidentin xüsusi nümayəndəsi: Şuşada daha 91 bina tikiləcək

Şuşada bu 3 binadan başqa daha 91 bina tikiləcək, bununla da Birinci Qayıdış Planının hədəflərinə çatmış olacağıq.

Adalet.az xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Diplomatik Korpus nümayəndələrinin Şuşada yaşayış kompleksini ziyarəti zamanı deyib.

Prezidentin nümayəndəsi bildirib ki, Şuşada yol şəbəkəsi, yeraltı infrastruktur tam yenidən qurulur:

“Eyni zamanda, tarixi abidələrimizin də bərpasıyla məşğuluq. Bu günə qədər 27 abidə bərpa olunub. İşlər davam etdirilir, qısa müddətdə bütün hədəflərə çatmış olacağıq”.