Azərbaycanda bu şəxslərin pensiyaya çıxma yaşı artırılır

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırılır.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununa dəyişiklikdə əksini tapıb.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Bildirilib ki, qanun layihəsi prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, həmin şəxslərin pensiya yaşı 60-a qədər idi.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Nicat
Digər Xəbərlər

Prezidentin xüsusi nümayəndəsi: Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər

Prezidentin köməkçisindən Şuşa PAYLAŞIMI - VİDEO

Polis moped və motosiklet sürücülərini maarifləndirdi - VİDEO + FOTOLAR

Prezidentin Xanyurdu kəndinə səfərindən VİDEO

Ağalı kəndinə qayıdışın 3-cü ildönümü qeyd olunub

TİKA-dan görmə məhdudiyyətli Qarabağ qaziləri üçün “ağıllı ağac” dəstəyi - FOTOLAR
