BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Fələstinli Qaçqınlara Yardım Təşkilatının (UNRWA) Ankara təmsilçiliyi açılacaq.
Adalet.az xəbər verir ki, bu barədə Report-un Türkiyə bürosuna ölkənin Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən məlumat verilib.
Qeyd edilib ki, bununla əlaqədar Türkiyənin xarici işlər naziri Hakan Fidanla UNRWA komissarı Filip Lazzarini “Türkiyə Respublikası Hökuməti ilə UNRWA arasında UNRWA-nın Ankara Nümayəndəliyinin yaradılmasına dair Saziş” imzalayacaq. Sazişin imzalanması mərasimi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində baş tutacaq.
Qeyd edək ki, UNRWA BMT-nin qərarı ilə 8 dekabr 1949-cu ildə qurulub və 1950-ci ilin mayından fəaliyyətə başlayıb.
Türkiyə 2023-cü ildən indiyədək bu təşkilata 33 milyon dollar dəyərində yardım edib.
Digər Xəbərlər
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10
“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
24 Iyul 2026 17:23
MM ABŞ Konqresinin açıqlaması ilə bağlı məlumat yaydı
24 Iyul 2026 16:28
Prezidentdən Rəşad Aslanovla bağlı SƏRƏNCAM
24 Iyul 2026 16:01
Dünya böyük müharibəyə doğru gedir... - Səxavət Məmməd yazır
24 Iyul 2026 12:03


Bakı -°C

