Prezidentin təltif etdiyi Rafael Qvaladze kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Adalet.az-ın məlumatına görə, o, 1948-ci il yanvarın 1-də Gürcüstan Respublikasının Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində başlayıb. Həmin ildən 1985-ci ilədək Azərbaycan Respublikasının Ali Məhkəməsində baş məsləhətçi, şöbə rəisi vəzifələrində çalışıb. 1985-ci ildən 1990-cı ilə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləyib. 1990-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikasının prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1992-ci ildən 1998-ci ilədək Ali Məhkəmədə şöbə rəisi vəzifəsində işləyib.
14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. Məhkəmə Hüquq Şurasının üzvüdür. 2003-cü ildə "Tərəqqi" medalı ilə təltif olunub, 2007-ci ildə "Əməkdar hüquqşünas" fəxri adı verilib.
Milli Məclisinin 22 iyun 2010-cu il tarixli Qərarı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. 2017-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.
Həmçinin, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)" yubiley medalı, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Heydər Əliyevin 100 illiyi (1923-2023)2 yubiley medalları ilə təltif edilib.
Digər Xəbərlər
07 Mart 2026 10:47
Rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ!
07 Mart 2026 09:29
Azərbaycan diplomatları İrandan təxliyə olundu - FOTO
07 Mart 2026 09:21
Səfir aparıcının bu sualından yayındı
07 Mart 2026 09:15
SEPAH-ın Azərbaycandakı agentlərinin ADLARI
07 Mart 2026 09:10
İran səfirinin Naxçıvana dron hücumu ilə bağlı müsahibəsi - VİDEO
06 Mart 2026 22:14
Qız uşağı ağlayanda və yetim qalanda...
06 Mart 2026 21:34
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO/FOTOLAR
06 Mart 2026 19:28


Bakı -°C

