Prezident tarzən Fikrət Verdiyevə ev hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti, tarzən Fikrət Verdiyevə mənzil hədiyyə edib.
Bu barədə Fikrət Verdiyevin həyat yoldaşı Bəyimxanım Cavanşirova (Verdiyeva) "Facebook" səhifəsində məlumat yayıb.
"Bu gün hər zaman sənətə, sənətkara dəyər verərək xalqın sevgisini, rəğbətini qazanmış cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, tarzən, Gəncə şəhərində 50 il bundan öncə "Göygöl" ansamblının yaradıcısı və Gəncə Dövlət Filarmoniyasının yaranmasında müstəsna xidmətləri olan Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin edib. Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk", - deyə B.Cavanşirova qeyd edib.
Digər Xəbərlər
06 May 2024 10:58
İda dağında macəralar: tarix, mədəniyyət və təbiət qarışığı - FOTOLAR
03 May 2024 21:51Türkiyənin Qara dənizi “2024-cü ildə ziyarət edilməli ən yaxşı yerlər” siyahısında - FOTOLAR
03 May 2024 17:24"Xoreoqrafiya sənətinin aktual problemləri"nə həsr olunmuş III Beynəlxalq simpozium keçirilib
03 May 2024 16:01“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27