adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
25 Iyul 2019 17:30
25282
SİYASƏT

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".