adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Avqust 2014 21:14
4980
GÜNDƏM

Prezident İlham Əliyev Füzulidəki muzeyin açılışını edib

Azərbaycanprezidenti İlham Əliyev bu gün Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyininaçılışında iştirak edib. İlhamƏliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Dövlətbaşçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən bumuzeydə ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aidbölmələr var. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiyaxətləri və müvafiq avadanlıqla təchiz olunub.

 

Bildirilib ki, bu muzey 1981-ci ildə yaradılıb. 1993-cü ildə Qarabağ müharibəsiningedişində muzeyin 7 mindən çox eksponatı rayondan çıxarılaraq Bakıdakı"İstiqlal” muzeyində saxlanılıb. Mədəniyyət və Turizm Nazirliyi toplanmışçoxsaylı eksponatların tarixi əhəmiyyətini nəzərə alaraq 2006-cı ildə rayonunBala Bəhmənli kəndində Füzuli Tarix-Diyarşünaslıq muzeyinin filialını açıb.Hazırda filialın fondunda xalqımızın qədim tarixinin və dövlətçilikənənələrinin müxtəlif dövrlərinə işıq salan 1000-ə yaxın eksponat var.

 

Muzeydə Azıx mağarasının maketi vəibtidai dövrdə istifadə olunan məişət və əmək alətləri nümayiş etdirilir. Bueksponatların hamısı vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeolojiqazıntılar zamanı aşkar olunub. Tunc və dəmir dövrləri bölmələrində sərgilənəneksponatların böyük hissəsi isə qədim qəbirlərdən tapılıb. Ulu əcdadlarımızındöyüşlərdə istifadə etdikləri silah nümunələri, məişət avadanlıqlarınınqalıqları orta əsrlər dövrünə aid bölmədə yerləşdirilib. Muzeyin əhəmiyyətiniartıran mühüm amillərdən biri də burada Füzuli rayonunun etnoqrafikxüsusiyyətlərinin geniş əks olunmasıdır. Belə ki, muzeydə tarixin müxtəlifdövrlərində Füzuli sakinlərinin həyat tərzini və məişətini əks etdirəneksponatlar da sərgilənir. Dəmirçi, dulusçu və xalçaçı emalatxanalarının,evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini vəməşğuliyyətini əks etdirir. Rayonun görkəmli şəxsiyyətləri, o cümlədən Qarabağmüharibəsi zamanı xüsusi fədakarlıq və igidlik göstərmiş füzulililər haqqındaməlumatların toplandığı muzeydə "Qələbə qığılcımı” başlığı altında xüsusi bölmədə yaradılıb.

 

Burada Füzuli rayonundan olan Milliqəhrəmanların həyatı, onların döyüş yolu, ulu öndər Heydər Əliyevin tarixixidmətləri sayəsində rayonun işğaldan azad olunan 22 kəndi, o cümlədən Horadizşəhəri və ötən dövrdə bu ərazilərdə aparılan bərpa, yenidənqurma işləri barədəməlumatlar verilir.