adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Avqust 2014 21:36
4431
GÜNDƏM

Prezident İlham Əliyev Füzulidə avtomobil yolunun açılışında iştirak edib

Azərbaycanprezidenti İlham Əliyev avqustun 28-də Füzuli rayonuna səfəri çərçivəsində Əhmədalılar– Mollaməhərrəmli – Arayatlı –Babı kəndlərarası avtomobil yolunun açılışındaiştirak edib.Dövlətbaşçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

APA-nınməlumatına görə, bu yol pezident İlham Əliyevin ötən ilin oktyabrındaimzaladığı Sərəncama əsasən tikilib. 2013-cü və 2014-cü illərin dövlətbüdcələrindən ayrılan müvafiq vəsait hesabına bu yolun ümumi uzunluğu 32kilometrdən çoxdur. Eni 8 metr olan yol 4-cü texniki dərəcəlidir. Yol üzərində28 su keçidi yerləşir. Kəndlərarası avtomobil yolunun əhəmiyyətini artıran ənmühüm amil onun 13 yaşayış məntəqəsini birləşdirməsidir. Uzun illər bu sarıdanəziyyət çəkən həmin kəndlərin əhalisi artıq müasir standartlara uyğun yoldanistifadə edə biləcəklər.