adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 May 2018 13:11
9480
GÜNDƏM

Prezident deputatların və hakimlərin maaşını artırdı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Sənədə əsasən, Milli Məclis üzvlərinin əmək haqları artırılıb.

Artımla Milli Məclis (MM) sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Bundan əlavə, ölkə rəhbəri məhkəmə hakimlərinin maaşlarının artırılmasını nəzərdə tutan qanunları təsdiq edib.