Prezident Davosda Azərbaycanın Avropa üçün önəmindən danışdı
Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Avropa İttifaqının Avropanı Mərkəzi Asiya ilə birləşdirəcək “Qlobal Qapılar” layihəsində Azərbaycanın önəmli rol oynadığını qeyd edən dövlətimizin başçısı ölkəmizin indiyədək əsasən nəqliyyat infrastrukturuna sərmayə yatırdığını vurğulayıb: “Demək olar ki, hər bir şey artıq hazırdır. Lakin yüklərin həcmi o qədər sürətlə böyüyür ki, biz Dəniz Limanımızın ötürmə qabiliyyətini artırmaq qərarına gəldik. Beləliklə nəqliyyat əlaqələri, o cümlədən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi, həmçinin Ermənistanı Mərkəzi Asiyanın daha geniş regional nəqliyyat şəbəkəsinə daxil edəcək, sülh işinə töhfə verəcək. Çünki Ermənistanın yolları açılacaq, o, tariflərdən faydalar qazanacaq, daha geniş beynəlxalq əməkdaşlıqda iştirak edəcək”.
Digər Xəbərlər
21 Yanvar 2026 11:34
“Azərbaycan "Qəzza sülh Şurasına" üzv ola bilər” - Politoloq
21 Yanvar 2026 11:26
"Cəmiyyətdə səfərbərliklə, çağırışla bağlı müəyyən sullar var" - Komitə sədri
21 Yanvar 2026 11:20
Prezident Davosda daha bir görüş keçirdi - FOTOLAR
21 Yanvar 2026 11:11
Kərim Vəliyev Qətərin hərbi rəhbərliyi ilə görüşdü - FOTO
21 Yanvar 2026 11:05
Hərbi səfərbərliklə bağlı ictimai dinləmə keçiriləcək
21 Yanvar 2026 11:00
“Tramp üçün dost, tərəfdaş və düşmən anlayışı nisbi xarakter daşıyır...”
21 Yanvar 2026 10:59
İlham Əliyev: Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib
21 Yanvar 2026 10:27


Bakı -°C

