Prezident daha bir qəbul keçirdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysı qəbul edib.
Adalet.az xəbər verir ki, Lord Olderdays Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə olunmasının tarixi əhəmiyyətinə toxunaraq, bu məsələdə Prezident Donald Trampın rolunu xüsusi vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi onun irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirdi və sülh şəraitinin regionun iqtisadi potensialının inkişafına töhfəsinə toxundu.
Prezident İlham Əliyev Azərbaycanla BP şirkəti arasında 30 ildən artıq davam edən uğurlu əməkdaşlığı qeyd etdi.
Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, ticarət, investisiya, enerji, o cümlədən bərpaolunan enerji, müdafiə sənayesi, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edildi. İkitərəfli əlaqələrimizin dərinləşdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunuldu.
Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərində iştirak etməklə bu məsələyə töhfəsi məmnunluqla qeyd olundu.
Digər Xəbərlər
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41
Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
16 Yanvar 2026 14:46
"Azərbaycanda siyasi sistem möhkəmlənir" - Komitə sədri
16 Yanvar 2026 11:45
“Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə...”
16 Yanvar 2026 10:37
“ABŞ-nin Türkiyədəki ən böyük hərbi bazası bu şəhərlərdə yerləşir”
15 Yanvar 2026 18:22
Fidan: Zəngəzur dəhlizi Orta Dəhliz baxımından əhəmiyyətlidir
15 Yanvar 2026 13:21


Bakı -°C

