Bakı-Qazax istiqamətində əlavə qatar reysləri təyin edildi
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Adalet.az xəbər verir ki, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək. Qatar Bakıdan Qazaxa saat 07:45-də, Qazaxdan Bakıya isə saat 16:40-da yola düşəcək.
Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.
Digər Xəbərlər
03 Mart 2026 11:46
"Məzun iş axtarmalı deyil, iş yeri açmalıdır" - Nazir müavini
03 Mart 2026 11:41
Azərbaycan vətəndaşları hərbi toqquşmalarda xəsarət alıb? - Rəsmi açıqlama
03 Mart 2026 11:35
Ötən il Ombudsmanın müraciətləri əsasında 21 məhkum əfv edilib
03 Mart 2026 11:25


Bakı -°C

