Prezident: Azərbaycanın səyləri nəticəsində bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb
Məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb.
Adalet.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.
Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasmanə əsasında bu prosesin aparılacağını bildirib.
Digər Xəbərlər
09 Sentyabr 2026 13:39
Azərbaycan və Ermənistan bu barədə razılaşıb
09 Sentyabr 2026 13:17
Ceyhun Bayramov ermənistanlı həmkarı ilə görüşəcək
09 Sentyabr 2026 12:22
"Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcək" - Ceyhun Bayramov
09 Sentyabr 2026 12:09
Prezident Emoməli Rəhmonu təbrik etdi
09 Sentyabr 2026 11:32
“COP29 Azərbaycanı qlobal iqlim diplomatiyasının mərkəzinə çevirdi”
09 Sentyabr 2026 09:17
““Rus evləri”nin müxtəlif ölkələrdə hansı məzhəbə xidmət etdiyi bəllidir”
09 Sentyabr 2026 09:17
“Tramp və Putin telefon danışığı Ukraynaya yeni təzyiq planın tərkib hissəsidir”
09 Sentyabr 2026 09:10


Bakı -°C

