adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Sentyabr 2014 14:30
5502
SİYASƏT

Prezident Almaniya Bundestaqının fraksiya sədrinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı fraksiyasının sədr müavini, deputat Andreas Şokenhofu qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına, Azərbaycan ilə Avropa İttifaqının əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.