Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə keçirilən görüş barədə açıqlama yaylb.
Adalet.az xəbər verir ki. açıqlamada deyilir:
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştırakçı qismində görüşə qatılıb.
Konstruktuv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.
Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib.
Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.
Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib”.
Digər Xəbərlər
17 Dekabr 2025 18:00
Azərbaycan XİN Butan Krallığını təbrik edib
17 Dekabr 2025 15:51
Sahibə Qafarova Mariyana Kuyundziç ilə görüşdü
17 Dekabr 2025 15:10
Ermənistanda Qarabağ məsələsini Paşinyan qəsdən gündəmə gətirir – Politoloq
17 Dekabr 2025 13:34
Prezident Əbu-Dabidə belə qarşılandı – VİDEO
17 Dekabr 2025 12:31
“Prezidentin Birləşmiş Ərəb Əmirliyinə səfəri iki ölkə arasındakı münasibətlərin...”
17 Dekabr 2025 12:20
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi - VİDEO
17 Dekabr 2025 11:30
İlham Əliyev BƏƏ-yə getdi - FOTOLAR
17 Dekabr 2025 11:19


Bakı -°C

