adalet.az header logo
  • Bakı -°C
11 Fevral 2026 12:04
87
ŞOU-BİZNES
A- A+

"Poyraz Karayel"in aktyoru qəfil vəfat etdi

Türkiyəli aktyor Kanbolat Görkem Arslan dünyasını dəyişib. 

Adalet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Arslan bu gecə 45 yaşında qəfil vəfat edib. 

Qeyd edək ki,  1998-ci ildən teatr səhnələrində fəaliyyət göstərən Arslan "Çemberimde Gül Oya", "Yer Gök Aşk", "Bir Deli Rüzgar", "Ezel", "Poyraz Karayel", "Hayat Bazen Tatlıdır" kimi seriallarda rol alıb.