Postda polisin qanuni tələbinə məhəl qoymayan sürücülər saxlanıldı: 52 sərnişin cəzalandırıldı
İyunun 18-də saat 8-dən iyunun 19-da saat 8-dək olan müddətdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində "COVID-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda polis əməkdaşlarının "Saxla!” tələbinə tabe olmayıb hərəkətini davam etdirmiş dörd sərnişin avtobusu saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sürücülər və 52 sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.
Sürücülər polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinə təhvil veriliblər.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02