adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Avqust 2017 09:07
7943
DÜNYA

Poroşenkodan Saakaşviliyə ağır zərbə

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru olmuş Mixail Saakaşvilinin bütün pasportları Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən ləğv edilib. Rəsmi Kiyev ABŞ-ın aidiyyatı orqanları ilə əlaqə yaradaraq bu ölkədə olan Saakaşvilinin bütün pasportlarının ləğv edildiyini açıqlayıb.

Belə ki, sabiq prezidentin Ukraynaya daxil olması ilə yanaşı, ABŞ-dan 3-cü ölkəyə keçməsi də qadağan edilib.

Qeyd edək ki, Saakaşvili iyulun 28-də Ukrayna lideri Pyotr Poroşenkonun fərmanı ilə vətəndaşlıqdan çıxarılmışdı.