adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Yanvar 2019 19:37
12846
DÜNYA

Poroşenko Türkiyəyə gedir

Ukrayna Prezidenti Petro Poroşenko və Ali Radanın sədri Andrey Parubiy yanvarın 5-6-da Türkiyəyə səfər edəcək.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin Mətbuat xidmətindən bildiriblər.

Səfər zamanı P.Poroşenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Konstantinopol patriarxı Varfolomey ilə görüşməyi planlaşdırır. Görüşlərin yanvarın 5-də baş tutacağı gözlənilir.