adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Iyun 2020 08:48
137229
MARAQLI

Pomadayla siyasətçiləri öldürən rus qızları, “KQB”nin hoqqaları...

"Agentləri satan adamda hərbiçidir. O dostlarını satdı. Vətənini satdı. Uşaqlarının, ailəsinin gözünənecə baxacaq? Bir düşünün görək. Agentlərimiz həyatlarını vəzifələrinə həsretdilər. Ailə və yaxınlarından vaz keçdilər. Üstəlik bir heyvan onları satdı.Donuz! Bu cür insanların gələcəyi yoxdur.”

Putinə məxsus olan, bir prezidenti özündənçıxardaraq söyüş söyməyə məcbur edən sözlər heç də xırda səbəbdən yaranmadı.Polkovnik Şerbakovın ABŞ-dakı Rusiya agentlərini ifşa etməsi Putini dünyamediasında gülüş obyektinə çevirdi. Neftin ucuzlaşması, Suriya, Ukrayna məsələləribelə Rusiya prezidentinə yaşadığı şokun altından çıxa bilməsinə imkan vermir,onu qərbə qarşı daha aqressiv olmağa yönləndirirdi . Nə də olsa keçmiş KQB rəhbərikimi Putinin ən azından 400 agenti müxtəlif səfirliklərdə və rəsmi təşkilatlardafəaliyyət göstərir. Belə dərin şəbəkəyə malik qurumun bu cür biabırçılığıalnından təmizləməsi uzun zaman alacaq.

2008-ci ildə zəhərlənmə şübhəsi ilə xəstəxanayaaparılan Qordiyevski " KQB Litvinenko kimi məni də öldürmək istəyir. Məni heçvaxt rahat buraxmayacaqlar” demişdi.

Həmin Qordiyevski ki, KQB əməkdaşı olsa daBritaniya M16-na satılmışdı. KQB-ni deşifrə edən Qordiyevskiyə inanmaq üçüningilis kəşfiyyatçılarının onu sorğu-suala tutmasından 6 min səhifəlik materialalındı. Bütün əziyyətlərə baxmayaraq, KQB Qordiyevski "alış-verişi” nəticəsindətarixinin ən böyük zərbələrindən birini aldı.

Sovet kəşfiyyatının atası sayılan "Dəmir Feliks”, yəniDzerjinskinin sevdalısı olan agentlər indi də az deyil. Bəzi bölgələrdə rus kəşfiyatınınqəddar və amansız əməliyyatları "Demir Feliks”lərin hələ də yaşadığını göstərir.90-cı illərdən FSB rəhbərliyinə gətirilən Vladimir Putin bu cür kadrlarınyetişməsində heç də az "əmək” sərf etməyib. Hər halda yarım milyona yaxıninsanı məhv edən sələfi Çekanın təsiri tam keçməyib.

Putin Rusiyayasatılan casusları sevir

Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin kəşfiyyatçılarıqədər əcnəbi agentləri də qiymətləndirir. Onun Corc Bleyki 85 illik yubileyi münasibətilə "Dostluq”medalıyla mükafatlandırması da bu qəbildəndir. Rusiyaya satılan kəşfiyyatçılarhəmişə Putinin diqqətindədir.

HAŞİYƏ: Corc Bleykinanası holland, atası Türkiyə yəhudilərindəndir. Rotterdamda doğulub. Atasıİstanbulda doğulmasına baxmayaraq, ingilislər tərəfindən Osmanlıya qarşıdöyüşmüşdü. Bleyk Misirdə ikən xalası oğlunun təsiri altında kommunizmə meylləndi.Normandiyada alman əsirlərinin sorğulanmasında iştirak etdi. Koreyada ingilis kəşfiyyatınaişləyərkən müharibənin başlanmasıyla Qərb qüvvələrinin Şimali Koreya xalqınaetdiklərindən və "Kapital”da oxuduqlarından təsirlənərək marksist oldu. İngiltərəyəqayıdanda qəhrəman kimi qarşılandı və Berlinə yollandı. Maraqlıdır ki, vəzifəsisovet agentlərini tapıb İngiltərə naminə ikili casusluq etmək idi. Ruslarasızdırdığı məlumatlarla M16-nın Şərqi Avropadakı bütün əməliyyat məlumatlarınıqarşı tərəfə sızdırmış, rus hərbi kəşfiyyatında işləyən MKİ casusu Pyotr Popovuortaya çıxararaq edam etdirmişdi. Hələ də marksist baxışlarını qoruyur,Moskvada yaşayır.

KQB qeybə çəkildi?

1991-ci ilin sonunda KQB də Sovet İttifaqı kimi ənazı kağız üzərində tarixə qovuşmuşdu. Çekayla başlayıb KQB ilə son dayanacağınaçatan Sovet kəşfiyyatında qan, xəyanət,işgəncə, qəhrəmanlıq və amansızlıqla zənginbir səhifə bağlanmaqda idi.

Artıq səhnədə FSB adlı yeni kəşfiyyat xidməti varidi. Əslində bu, sadəcə addan ibarət yenilik idi. KQB-nin kadrları SSRİ-nin özükimi buxarlanmamışdı.

Belə ki, FSB-nin keçmiş rəhbəri, KQB agentiVladimir Putin 2000-ci ildə prezidentlik kürsüsünə yiyələnəcək və həmin tarixdənetibarən ölkəni məxfi xidmət metodları ilə idarə edəcəkdi.

KQB tarixə qovuşmuş, "soyuq müharibə” bitmişdi. Bu,həm də "casuslar müharibəsi”nin bitməsi kimi qəbul edilə bilərdimi? Təbii ki,xeyr! Əksinə, "casus müharibəsi”nin daha da alovlandığını söyləyə bilərik.

Xüsusilə 11 sentyabr terrorundan sonra təhlükəsizlikbaxımından siyasətlərini dəqiqləşdirən və kəşfiyyat xidmətinə böyük pullarayıran ABŞ-ın ardınca digər ölkələr də eyni xətt tutdular. "Soyuq müharibə”ninbitməsiylə rahat nəfəs almağa başlayan dünyanın bu dincliyi uzun çəkmədi.Terrorizmin güclənməsi və ya gücləndirilməsi kəşfiyyat xidmətlərinin bütün gücləriniişə salaraq təkrar səhnəyə çıxmasına səbəb oldu.

Digər tərəfdən Hindistan, Çin və Rusiya kimi yenigüc mərkəzlərinin yaranması ilə üstü örtülü də olsa da yeni "soyuq müharibə”başladı. Son olaraq 2010-cu ilin iyun ayında Amerikada Anna Çapman adlı rusqadınının doqquz yoldaşıyla birlikdə Rusiyaya casusluq etməsi səbəbiylətutulması son otuz ilin ən böyük casusluq skandalı sayılır. Bu hadisə casusluqskandallarının bitməyəcəyini göstərir.

FTB Çapman vədostlarını 7 il izləmişdi. Sietldən Nyu-York, Boston və Virginiyaya qədər uzananamerikan şəhərlərində saxta adlar altında yaşayan Çapman və dostları amerikansiyasi qərar mexanizmlərinə sızmaq üçün təşkilatlanmış bir casusluq şəbəkəsininüzvü olmaqda günahlandırılırdılar. Vəzifələri hər yöndə amerikanlaşaraq güc vənüfuz sahibi amerikalılarla yaxınlaşmaq və nüvə silahı proqramlarından İransiyasətinə qədər çox sahədə Rusiya Xarici Kəşfiyyat Təşkilatı SVR üçün məlumatlartoplamaq idi.

KQB-ninintiqamı:Vladimir Putin

O, Stalinin ölümündən bir il öncə doğulmuşdu. KQBüçün kadr hazırlığı ilə məşğul olan Leninqrad Universitetinin hüquqşünaslıqfakültəsində oxuyarkən məxfi xidmət orqanı ilə tanışlığı başladı. Sonralar butanışlığı belə ifadə etmişdi: "Gənc idim və ölkəmə ən yaxşı şəkildə xidmət edəcəyiməinanırdım”.

Karyerasının böyük hissəsini Şərqi AlmaniyanınDrezden şəhərində, Qərb texnologiyaları və NATO haqqında gizli bilgilərin ələkeçirilməsində məsul şəxs kimi keçirdi. Başqa bir vəzifəsi isə Qərbdə Rusiyahesabına rahatlıqla işləyə biləcək jurnalist, alim və mühəndis olan ŞərqiAlmaniya vətəndaşlarını tapmaq və öz tərəfinə çəkmək idi.

KQB-də ömrünün 17 ili keçdi. Artıq polkovnik rütbəsindəikən Qorbaçova qarşı çevriliş cəhdindən sonra istefa verdi. Bundan sonra Sankt-Peterburqmeriyasında bir sıra bürokratik vəzifələrini tutdu, Yeltsinin diqqətini də eləbu zaman cəlb etməyə başladı. "Soyuq müharibə”nin bitməsindən sonra FSB adınıalan KQB-nin rəhbərliyinə gətirildi və beləliklə, casus karyerasına yenidənstart verdi. Çox keçmədən baş nazir və Yeltsin tərəfindən varis elan edilənPutinin ildırım sürətiylə Rusiya dövlətinin başına keçməsini "KQB-nin hakimsistemdən intiqamı” kimi şərh etdilər.

"Yediyi qaba tüpürməyi” doğru saymadığı üçünKQB-nin keçmişi haqqında hər hansı təftiş və mühakiməyə yol vermədi. Qərbəsığınan Qordiyevski kimi sabiq KQB agentlərinin yazdıqları kitablarıoxuyub-oxumadığına dair ona verilən bir sualı isə "Vətəninə xəyanət edənlərin kitablarını oxumaram”deyəcavablandırmışdı.

Putinin ideoloq agenti"Ceyms Bond”: Ştirlits!

"Soyuq müharibə” həyatın hər sahəsində bloklararası çəkişməyə səbəb olmuşdu. Qərb Ceyms Bondu yaratdı, ruslar ona Ştirlitsləcavab verdi.

KQB-nin təlimatı ilə qələmə sarılan YuliyanSemyoniviç kod adı "Ştirlits” olan sovet agenti Maksim İsayev xarakteriniyaratdı. Ştirlits bir yandan Şərqi Avropa ölkələrini nasist işğalındanqurtatır, digər tərəfdən amerikalıların məxfi anlaşma imzalayaraq ruslara hücumetmək planlarını üzə çıxarırdı. 1973-cü ildən etibarən serial olaraq rusteleviziyasında yayınlandı və populyar mədəniyyətin ən tanınmış ünsürlərindənbiri olaraq əfsanələşdi.

Ştirlitsi canlandıran Vyaçeslav Tixonov 2009-cu ildəvəfat etdi və bu zaman rus məxfi xidməti onun ailəsinə başsağlığı məktubu göndərdi.Onların arasında Putin də var idi. Özü də keçmiş KQB agenti olan Putin, həminvaxt Ştirlitsin ən önəmli ideoloqlarından biri olduğunu söyləyəcəkdi.

Arvadını məxfi xidmətəsatdı

KQB-nin istər özü, istərsə xələfləri ailə daxilindəbelə casusluq oyunları qurmağı çox sevir. Bu günkü bəzi postsovet ölkələrində hələdə bu kimi metodlardan istifadə olunur. Əsas siyasi müxaliflərə qarşı ailə üzvlərininimtina imzası alınır və yaxud ailəsi tərəfindən mənəvi zərbə vurdurulur.

Bunun ən maraqlı vədiqqət çəkən misalı kimi Şərqi Almaniyada yaşanan olayı göstərə bilərik.1990-cı ildə bu ölkə parlamentinə seçilən və KQB tabeliyindəki məxfi polis və kəşfiyyatSTASİ-nin sorğu-sualından sonra müəllimlikdən qovulan Vera Vollenberger vətəndaşlarınözləri haqqındakı STASİ raportlarına baxa bilməsi üçün məsələ qaldırdı və təklifindəxeyli israr etdi. Bu haqda qanunun qəbuluna nail olduqdan sonra ilk işi özraportuna baxmaq oldu və onu STASİ-yə satan adamın əri olduğunu bildi.

Dərhal boşandılar.

ÇEKA-dan KQB-yə, KQB-dən FSB-yə Putin hökmranlığınakimi deyəsən, ən etibarlı və sərrast agentlər rus xanımları olub. Hər haldamakyaj etməklə lazım olan adamı aradan götürmək rus gözəlliyinin ayağınayazılmalıdır. Deyildiyi kimi, rus tankının girmədiyi yerə rus qızları girər.

Pomadavurmalıyam...Sonra "ölüm öpüşü”

Rus qadın casuslarının dillərdə dastan olan gözəlliyihəm də onların ölümcül vəzifələrinin də tamamlayıcı tərkib hissəsidir. XX əsrinikinci yarısı və XXI əsr bir az da KQB-nin gözəlliyi ilə göz qamaşdırancasuslarının qurbanı olan, ağızlarından qaçırdıqları sirlərlə karyeralarının vəhəyatlarının sonuna çıxan Qərb bürokratlarının və agentlərinin tarixidir.

Amma bəzən bu qadın casuslar uğursuzluqdan da qaçabilmirdilər. Belə situasiyalarda KQB-nin texniki dəstək qrupunun icad etdiyi"ölüm öpüşü” köməyə gələrdi. 4.5mm-lik, tək mərmi atan bu pomada görünüşlütapança uzun illər ərzində onlarla yüksək vəzifəlinin xəyallarını puş etmişdi.

"Bolqar çətiri” təkcəyağışdan qorumur, Litvinenko kimi müxalifləri də məhv edir

Rus məxfi xidmətləri müxaliflərini məhv etmək üçünbir-birindən maraqlı işlərə imza atıblar. KQB-nin texniki qrupuna aid 12 nömrəliməxfi laboratoriya belə əməliyyatlar üçün xüsusi silahları hazırlayırdı.Ampulaya salınan sıxışdırılmış qazın köməyi ilə atəş açan və "qurban”ınıinfarkt etdirən spreylər, dəriyə təmas edər-etməz iflic effekti yaradan zəhərligellər, gilizlərindən kobra zəhərindən qat-qat güclü olan və zərdabı tapılmayanzəhər saçan mini mərmilər bunların ən məşhurları idi. Xüsusilə aralarında məşhurbolqar müxalif yazar Georgi Markovun da olduğu onlarla Kreml əleyhdarı, Qərbcasuslarının "Bolqar çətiri” adlandırdıqları bu silahla öldürülmüşdülər.

Nobel mükafatçısı olan rus yazıçısı AleksandrSoljenitsın 1971-ci ildə onu hədəfə alan çətir vasitəsilə zəhərlənmiş və ölümdənçətinliklə xilas olmuşdu. Sonuncu dəfə 2006-cı ildə Rusiya prezidenti Putininmüxalifi, keçmiş KQB agenti Litvinenkonun da radioaktiv polonium zəhərlənməsi nəticəsindəLondonda öldürülməsi "Bolqar çətiri”ni bir daha gündəmə gətirdi. Hazırda da Rusiyaməxfi xidmətinin bu çətirdən müxaliflərinə qarşı istifadə etdiyi bildirilir.Deyəsən, işləri uğurlu alınıb ki, 2006-cı ildən bəri bu çətirlə bağlı hər hansıolay ortaya çıxmayıb.

Gülümsəyin, sizi KQBçəkir

Plaşın düyməsinə yerləşdirilən linzayla işləyənaparata "Ayaks” adı verilib. Şəkil çəkmək lazım olanda casus plaşın cibindəkiaparatın düyməsini basır. Bir çox modeli olan bu gizli kameradan xüsusiləAvropa və Şimali Amerikadakı əməliyyatlarda istifadə olunur.

Rusların hədiyyəsinəsevinməyin

Hər rusdan hədiyyə götürmək ağılsızlıqdır. Sizəverilən əşya hədiyyə "canlı” da ola bilər. Yeri düşmüşkən, casusluq tarixinin ənmaraqlı əməliyyatlarından birindən bəhs edək. Bir qrup rus məktəblisi 1946-cıildə Moskvadakı ABŞ səfiri Averel Harrimana qartal heykəlciyini hədiyyəetmişdi. Kimin ağlına gələr ki, məktəblilərin bu hədiyyəsi KQB-nin canlı qulağıolar. Hər halda uşaqları və onların hədiyyəsini bir terrorist, agent kimiyoxlayası deyildilər. Uşaqların hədiyyəsindən duyğulanan səfir həmin hədiyyənibir jest olaraq otağına qoydu. Bu, Moskva kimi yerdə ediləcək ən böyük səhvidi. Məsələ burasında idi ki, ruslar qartal heykəlciyinin daxilində xaricdənötürülən siqnallarla işləyən mikrofon yerləşdirmişdilər. 1952-ci ildə səfirlikdətexniki təmizləmə zamanı rusların bu hoqqası üzə çıxdı.

Rus kəşfiyyatı indi də hədiyyə verməkdə özünü çox əliaçıqgöstərir. Belə variantlar hazırda bir çox ölkələrdə, xüsusən despot ölkələrindəmüxalifləri, iş adamlarını izləmək üçün istifadə olunur.

Əlinizdəki qəpik casusola bilər!

Bu qədəri də olmaz deyə bilərsiniz. Amma rus kəşfiyyatıtelefon, rabitə vasitəsi kimi istifadə oluna bilən qəpiklər də istehsal edir. Qəpik,üzərindəki kiçik dəliyə soxulan iynənin köməyi ilə açılır. Daha sonra bu hiyləgərpullar vasitəsilə mikrofilm və mesajlarını göndərə bilirsən.

Belə faktilk dəfə 1950-ci ildə üzə çıxmışdı. Agent Rudolf Abel diqqətsizlikdən qəzetalarkən bu pulu satıcıya vermişdi. Uzun illər araşdırma aparan FTB pulunqaynağını tapa bilmədi.

Hər kartof yeyilməz

Yüzlərlə metr məsafədəki insan, heyvan və digərşeylərin hərəkətlərini qeydə alıb, daxilinə yerləşdirilən antena vasitəsiylə mərkəzəgöndərir. Mini-günəş batareyalarıyla işləyən bu ötürücülər it nəcisi və yakartof şəklində olduqları üçün diqqət çəkmədən uzun müddət müəyyən edilmiş ərazidəqala bilir.

Düymə deyib keçməyin

Köynəyin qabaq düymələrindən biri kimi hazırlananbu kompas casuslar üçün həyati önəm daşıyır. Kompasın üzü alt hissədəki iynəninüzərində fırlanır. Iki nöqtəli hissəşimalı, tək nöqtəli hissə isə cənubu göstərir.

Sonu rus və sovet kəşfiyyatının daha yaxşı izahınıverən, ukraynalı yumorist və rəssam Yakov Smironovun sözləriylə bitirmək olar:

"Sovet İttifaqındaiki televiziya kanalı var idi. Birinci kanalda arası kəsilmədən rejimin təbliğatıaparılırdı. İkinci kanaldasa "Dərhal birinci kanala keç” deyə bağıran KQBagenti otururdu”.

Tərcümə etdi: Emin Piri