14 Sentyabr 2025 22:55
86
DÜNYA

Polşa ərazisində NATO qüvvələrinin yerləşməsinə İCAZƏ VERDİ

Polşa prezidenti Karol Navroski NATO-ya üzv dövlətlərin qoşunlarının respublikada olmasına razılıq verən qətnamə imzalayıb. 

Adalet.az bu barədə “İnterfaks” Polşa Milli Təhlükəsizlik Bürosuna istinadən məlumat yayıb.

Qeyd olunur ki, Şimali Atlantika Alyansına üzv dövlətlərin hərbi qulluqçuları Şərq keşikçiləri əməliyyatının icrası zamanı əlavə olaraq respublika ərazisində olacaqlar.

“Prezidentin fərmanı məxfidir”, - məlumatda vurğulanır.