Qətərin Baş naziri: İsrailin addımları Qəzzanın həlli ilə bağlı səylərə mane olmayacaq
İsrailin addımları Qətərə Qəzza zolağında münaqişənin həlli üçün Misir və ABŞ ilə birgə həyata keçirdiyi vasitəçilik səylərini davam etdirməsinə mane olmayacaq.
Adalet.az xəbər verir ki, bunu Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrailin HƏMAS rəhbərliyinin Dohadakı iqamətgahına endirdiyi zərbəni şərh edərkən deyib.
"Bizim siyasətimiz ədalətli, hərtərəfli və davamlı sülhün strateji seçim olduğuna dair qəti inama əsaslanır. Bu nöqteyi-nəzərdən bəyan edirik ki, İsrailin hərəkətləri bizə Misir və ABŞ ilə birlikdə Qəzza zolağında bu ədalətsiz müharibəyə son qoymaq üçün səmimi səylərimizi davam etdirməyə mane olmayacaq", - Əl Tani bildirib.
Digər Xəbərlər
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10
Kosovonun eks-liderinə 25 il həbs cəzası verildi
16 Sentyabr 2026 15:22
Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar
16 Sentyabr 2026 14:47


Bakı -°C

