Politoloq: “Hesab edirəm ki, uğurlu iş aparılıb, separatçılar bundan sonra...”

“Biz artıq bütün gizli yolları, hətta deyərdim ki, cığırlara qədər hamısını nəzarətə götürə bilmişik. Ermənilər bundan sonra yeni cığırlar, yollar yarada bilmək üçün əfsanəvi gücə malik olmalıdırlar, amma bu da onlarda yoxdur”
Bunu Adalet.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq Azərbaycan Ordusunun Qarabağda nəzarət tədbirləri həyata keçirməsinin vacibliyini vurğulayıb:
“Mənim zənnimcə əməliyyat uğurlu idi və uğurlu alındı da. Üstəlik də bir güllə belə atılmadan, qan tökülmədən, bu strateji əhəmiyyətli yollara nəzarət Azərbaycan Ordusu tərəfindən ələ keçirildi. Hesab edirəm ki, bu bir tərəfdən Azərbaycan dövlətinin öz suveren ərazilərinə yayılması prosesini sürətləndirəcəksə, o biri tərəfdən də danışıqlar ətrafında manevrlərin olmasına, ondan sonra hər keçən zamanda özümüzə sərfəli bir şeyi həyata keçirməyə çalışmaq erməniləri də, separatçıları da məncə ağıla gətirməlidir və gətirəcək də. Azərbaycan Ordusu ilk addım kimi həmin ərazilərdə dayaq məntəqələri yaradır və onları möhkəmləndirir. Bundan sonra infrastruktur məsələlərinə diqqət yetiriləcək. Yəni yüksəklik nöqtədə tutulmuş həmin Sarıbaba yüksəkliyinin yaxınlığında olan ərazi düşünürəm ki, gələcəkdə Azərbaycan Ordusunun növbəti əməliyyatları üçün bir dayaq məntəqəsi roluna çevrilə bilər. Hesab edirəm ki, uğurlu iş aparılıb və separatçılar bundan sonra danışıqlara daha çox meyilli olacaqlar”.
Vasif Əlihüseyn
Digər Xəbərlər

İlham Əliyev Yaşar Güləri qəbul etdi - FOTOLAR

Bakıdan PKK-nın ləğvi qərarına REAKSİYA

İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı TƏBRİK ETDİ - FOTO

Konqresmenlər Trampa qarşı: Soyqırımı tanı, Azərbaycana sanksiya tətbiq et...

Bəhreyn vəliəhdi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq

Milli Məclisdə Qlobal Cənuba dair müzakirə təşkil olunacaq

Prezidentin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
