Poeziyanın sevgisi və nisgili: Nigar Rəfibəyli
XX yüzil Azərbaycan və özbək poeziyasında Nigar Rəfibəyli obrazının vəsf edilməsindən bəhs edərkən hər iki dildə uğurla yazıb-yaradan istedadlı şair Akif Azalpın bu yöndəki poetik axtarışlarına da müraciət etmək yerinə düşər. Bizcə, Akif Azalp qələminə məxsus "Xudadat qızı" şeiri də dərin səmimiyyətin və poetik heyrətin gözəl vəhdətindən doğulub.
Ümumən, Akif Azalpın son vaxtlar bir-birinin ardınca dövri mətbuatda çap etdirdiyi şeirlər həqiqi poeziyanın əbədiyyət nəfəsli olması ilə barabər, eyni zamanda, günün nəbzini tutmasının da son dərəcə zəruri bir məziyyət olduğunu sərgiləyir. Bir də ki, şeiriyyət özünün zamansızlıq və əbədiyyət hədəflərinə mücərrəd fəlsəfi yollardan, dolanbac, qeyri-müəyyən cığırlardan yox, çağımızın və günümüzün içindən keçib getməlidir. Öz zamanının və zamandaşlarının ürəyindən xəbər verməyən, onların qəlb döyüntüləri ilə həmahəng olmayan sənət gələcək nəsillərin də könlünə yol tapa bilməz. İstedadlı şairimizin mətbuat səhifələrində təzəcə işıq üzü görmüş şeirləri bu mənada xüsusi diqqətə layiqdir.
XX əsr Azərbaycan poeziyasının məlikəsi - Nigar xanım Rəfibəylinin müqəddəs xatirəsinə ithaf olunmuş "Xudadat qızı" şeiri son illərin zərif və həzin bir ovqatla yoğrulmuş bənzərsiz nəğmələrindən biridir:
Salam, Nigar xanım Xudadat qızı,
Çətin ünüm çata ərşi-əlaya.
Ancaq izn verin, baxıb səmaya
Bir anlığa bölüm xəyalınızı.
Şeirin ilk bəndindəki səmimi və kövrək bir əhvali-ruhiyyə dərhal könlünüzü ram edir. Ən yaxın, ən əziz varlığa, mehriban anaya, könül mehrabına müraciət təsiri bağışlayır bu misralar... Amma bu sətirlərdən sevgi və sayqıdan başqa bir nigaranlıq və narahatlıq da duyulur. Şair niyə həyəcanlıdır? Neçün ününün ərşi-əlaya çatacağına ümidsizdir? Nəyə görə, nakam və nisgilli ruha iltica edib, ona çəkinə-çəkinə təsəlli vermək istəyir? Nə olub, nə baş verib bu dünyada? Zira, şair şərqanə inancı çox yaxşı bilir; müqəddəs ruhların əbədiyyət anlarını bölmək, onlara yerləri xatırlatmaq o qədər də asan deyil. Sonsuz səmavatın ənginliklərinə baxıb, xəyala dalan müəllif böyük Şairə ilə yerdəki ilk və son görüşünü xatırlayır:
Salam, səmavatın əşsiz yıldızı,
Heç yadımdan çıxmaz bir xoş törəndə,
Yetmiş beşincilin qızıl payızı,
Dilinizdən nəğmə dinlərdim mən də!
Həmin o xoş törəni xatırlamaqla - 75-ci ilin gözəl payız çağlarında İttifaq ədəbiyyatı günləri münasibəti ilə Vətənimizə təşrif buyuran Özbəkistan nümayəndə heyətini müşayiət edən gənc Akif Azalp unudulmaz bir şeir məclisinə işarə edir. Mətbuatdan bilirik ki, o gözəl poeziya axşamında dünyanın bir çox məşhur şairləri Nigar xanımla Rəsul müəllimin hüzurunda öz şeirlərini oxumuşlar. Xüsusən, Özbəkistan xalq şairi Abdulla Arifin atəşin çıxışı hamını riqqətə gətirmişdi. İlhamı sərhəd bilməyən, odlu özbək şairi öz şeirləri ilə bərabər, Nigar xanımın təkrarsız nəğmələrini də əzbərdən söyləyirdi. Ələlxüsus, Şairəmizin "Bahar nəğməsi"ni Abdulla Arif ilhamla oxuyur, bütün toplaşanları Azərbaycanın zərif qəlbinin hiss-həyəcanlarına qərq edirdi. Və Abdulla Arif Nigar xanımın məşhur:
Bahar nə nazəndə, nə nazəndədir,
misrasını misal gətirib, fəxarətlə söyləmişdi ki, bu şah misra gözəllik və zəriflik timsalı, məhəbbət və nəzakət rəmzi kimi bütün türk dünyasını dolaşmaqdadır.
Şair "səmavatın əşsiz yıldızı" deyə böyük sənətkara xitab edərkən nələri nəzərdə tutmuşdu. Nigar xanımın bənzərsiz tərcümeyi-halı, həyat və sənət yolu, ömrünün başlanğıcı və sonu... Bunların hamısı şairəmizi göylərin "əşsiz yıldızı" kimi anmağa tam əsas verir. Nigar xanımın müqayisəyə gəlməz şəxsiyyəti təkcə bunlarla səciyyələnirmi?! Allah bilir, biz Nigar xanımla, onun ülvi və ümummili dəyərə çevrilmiş ailəsi ilə nə qədər fəxr etmişik, qürur duymuşuq, sevinmişik!.. Məncə, bunu heç kimin ağlı, yaddaşı hesablaya bilməz. Çünki bu milli Sevinc və İftixar anlarının, aylarının sayı elə Nigar xanımın, Rəsul müəllimin şeirlərinin, Anarın əsərlərinin sanbalı və sayı qədərdir! Məhz buna görə də Akif Azalpın ələm və iztirablı nidalarını hər bir oxucu kimi mən də özümün şəxsi ağrım və acım kimi qiymətləndirirəm:
Salam, şeiriyyətin nazəndə yazı,
Nə bilsin nanəcib, namərd ya paxıl,
Şəninizə artıq söz demək - azı
Aya hürmək kimi bir şeydi, axı!
Azərbaycanın şeir-sənət Məlikəsinin şəninə güldən ağır söz deyənlər kimlərdir? Görəsən, Vətənimizin şeir ilahələrindən birinin ruhunu narahat edənlər bizim milli ləyaqətimizə ləkə yaxmaq qəbahətinin fərqindədirlərmi? XX yüzildə bizim dünyaya şanımızı və ünümüzü çatdıran ən cəfakeş və əzabkeş azərbaycanlı ailələrdən birinin övladı olan Nigar xanıma və onun şəcərəsinə iftira yağdıranlar bu gün və ya sabah baş qaldırıb Azərbaycanın üzünə necə baxa bilərlər?
"Xudadat qızı" şeirinin dərdli və məhzun misraları qeyri-ixtiyari olaraq, azca vicdan sahibi olanları da narahat etməlidir. Şeirdəki dərin kədər və iztirab qatını yaxından duymaq, aydın təsəvvür etmək üçün Anar müəllimin "Durna taleyi"ndəki aşağıdkaı dərdli düşüncələri kömək edir: "NKVD-KQB-nin Nigar Rəfibəyliyə xüsusi "diqqət"inin bir səbəbini də tədqiqatçı Nəsiman Yaqublu açır: "Nigar Rəfibəyli Sovet dövründə niyə təqib edilirdi?" adlı yazısında şairənin bəzi şeirlərinin Türkiyədə, mühacir mətbuatında dərc olunmasını qeyd edir. Məsələn, Azərbaycan mühacirlərinin Ankarada nəşr olunan "Azərbaycan" jurnalında hələ anamın sağlığında (1979, № 231) Nigar xanımın bu şeiri dərc edilib:
Uzaq ölkələrə, uzaq ellərə
Axışan buludlar, axan buludlar,
Bir ilıq nəvaziş umarkən sizdən
Könlümü həsrətlə yaxan buludlar;
Solan çiçəkləri siz öpərsiniz -
Siz ey köksünüzdə örpək buludlar,
Yanan səhralara su səpərsiniz -
Ey atlas buludlar, ipək buludlar!
37-ci il olsaydı, donosbazlar bu sətirləri qurdalayıb gör nə qədər anti-sovet mənalar çıxarardılar. Şükür ki, bu şeir Türkiyədə, 1979-cu ildə çap olunub, daha bu sayaq şeytançılıqlara çox da fikir verilmədiyi, belə ucuz çuğulçuluğun vaxtı keçdiyi illərdə. Amma axır illərəcən hakimiyyət Nigar xanıma sonacan etibar etmirdi, ehtiyatla, müəyyən şübhələrlə yanşırdı. Düz deyirlər ki, onun cənazəsinin birinci fəxri xiyabanda - Rəsul Rzanın yanında basdırılmasına icazə verməmək - Sovet quruluşunun Rəfibəylilərdən aldığı son qisas idi. Əlbəttə, mən Nigar Rəfibəylinin bütün ömrünü başdan-ayağa qəm-kədər içində yaşanılmış bədbəxtçilik kimi qələmə vermək istəməzdim. Bu ömrün işıqlı günlü, xoşbəxt illəri, ayları, günləri də az olmayıb"
Bizimlə ötən yüzildə yoldaş və taledaş olmuş məmləkətlərin mənəvi həyatını fikrimdə canlandırmağa və yada salmağa çalışıram. Rusiyada Marina Svetayeva, Anna Axmatova, Anna Berkova kimi milli yaddaşın və poeziya sənətinin qadın əzabkeşləri barəsində böhtan və iftira yazmağa cəsarət edən tapılarmı? Ukraynada milli namus və şərəf rəmzinə çevrilmiş Lesya Ukrainkaya böhtan və iftiralar yağdırmaq üçün kimsə əlinə qələm ala bilərmi? Baltikyanı ölkələrin, Gürcüstanın, Moldovanın, Belarusun son iyirmi illik mənəvi-mədəni həyatına nəzər salın! Qərb dünyasından gözlərinizi dolandırıb Şərq aləminə baxın! Mənəvi qardaşlarımızın ədəb və əxlaqını gözdən keçirin! Mərkəzi Asiyanın və Özbəkistanın poeziya məlikəsi Zülfiyyə xanım barəsində kimsə xalqın təsəvvürlərini zədələyə biləcək, onun ürəyinə toxunacaq söz söyləmək fikrinə düşərmi? Belə bir mənəvi cinayətə sadaladığım və saymadığım ölkələrdə nə vaxtsa kiminsə cəsarət etməyi təsəvvürə belə sığmır. Bəs bizdə niyə bunlar baş verə bilir? Azərbaycan mətbuatı səhifələrində Dədə Qorquddan, Nizamidən, Füzulidən, Xətaidən, Vaqifdən tutmuş bugünkü böyük mədəniyyət, sənət, siyasət, elm və başqa sahələrdəki məmləkətimiz üçün canını fəda etmiş tarixi şəxsiyyətlərə qədər olmazın böhtanlar, şər və iftiralar yağılmasının dəfələrlə şahidi olmuşuq. Çox qəribədir ki, əsasən, susmuşuq. Bizi kiminsə bu düşmən hücumlarından qorumasını gözləmişik. Hətta qoç Koroğlu, Qaçaq Nəbi və başqa milli qeyrət, qəhrəmanlıq simvollarına qarşı ssenariləşdirilmiş və məharətlə təşkil olunmuş hücumlara da laqeydcəsinə tamaşaçı gözü ilə baxmışıq.
Özünün şərqli və türk olması ilə öyünən Anna Axmatova həqiqətən də taleyin amansız sınaqlarına sinə gərməli olmuşdu. Məşhur rus altmışıncılarından biri böyük şairəni mənsub olduğu pleyadanın Mənəvi Anası adlandırmışdı. Doğrudan da, Yevg.Yevtuşenko, R.Rojdestvenski, A.Voznesenski, B.Axmadulina, N.Rubtsov və başqalarının böyük qadının şəxsiyyətinə və poeziyasına ithaf etdikləri şeirlər, onun bənzərsiz poetik dünyası haqqında yazdıqları esse və məqalələr belə deməyə tam əsas verir. Nigar xanım da, heç bir mübaliğəsiz, bizim Anna Axmatovamızdır. Həm büllur şəxsiyyətinə, həm həzin və nisgilli şeiriyyətinə, həm də təkrarsız və tragik tərcümeyi-halına görə! Nigar Rəfibəyli yalnız Anarın anası deyildi. O, Əli Kərimdən, Fikrət Qocadan, Yusif və Vaqif Səmədoğlulardan, bir çox başqa altmışıncılardan da bir sənətkar və ana kimi heç zaman qayğısını əsirgəməmişdi. Vaqif Səmədoğlu böyük şairənin xatirəsinə ithaf etdiyi məşhur şeirində bütün ədəbi nəslin əhvali-ruhiyyəsini və kədərini ifadə etmişdi. Və mən Vaqif Səmədoğlunun "Nigar xala..." deyə yanğılı xitabla başlanan şeirini, Mirvarid Dilbazinin "Sənə sarı bülbül deyərdim", Hüseyn Arifin "Bir həzin axşamda", Eyvaz Borçalının "Durna ömrü", Vaqif Cəbrayılzadənin "Gözəl insan öləndə..." və başqa şairlərimizin bu mövzudakı şeirlərini xatırlayarkən zəngin ədəbiyyatımızın bütün nəsillərinin ustad şairəyə hərarətli münasibəti qəlbimi riqqətə gətirdi, otuz il əvvəlki kövrək həsrət duyğularını yenidən yaşadım. Bəli, söz sənəti və xüsusən də, şeiriyyət milli yaddaşın və yaxşılıqların ən təsirli, ən etibarlı daşıyıcısıdır. Nəsillərin tapındığı və pərəstiş etidiyi ən böyük həqiqətlər, ən işıqlı ümidlər və gözəl arzular həmişə poeziyada öz əksini tapır. Bu insanlığın və tarixlərin əzəli-əbədi qanunauyğunluğudur. Milli-poetik yaddaşı dəyişmək və ya inkar etmək istəyənlər zamanın zavallı kimsələri, tarixin tör-töküntüləridir!..
Akif Azalp qəmgin və qayğılı düşüncələr aləmindən ayrıla bilmir. Nigar xanımın ruhunu incidənlər nə istəyirlər? Onlar kimlərin, hansı ədəbi-siyasi-ictimai və əxlaqi zümrənin varisləridir? Nigar xanımdan XX yüzil Azərbaycan şeirinin sərkərdəsi və sərdarlarından biri, düz 50 il (!) Milli Ləyaqətimizin və Sənətimizin keşiyində durmuş Rəsul Rzanın ömür-gün yoldaşı olduğu üçünmü qisas alırlar? (Əcəba, "onlar" Milli Ləyaqət və Sənətimizə düşmənmi kəsiliblər?!) Əlli ildən çoxdur ki, Azərbaycan ədəbiyyatının və xalqımızın mənəviyyatının ağırlığını öz çiyinlərində daşıyan xalq yazıçısı Anarın anası olduğu üçünmü Nigar xanımı Xudanın dərgahında belə rahat buraxmırlar?! Müəllif çox düşünüb-daşınır, mənə elə gəlir ki, əsas səbəbi tapır:
Heyhat, Sizə qarşı tükənmək bilmir,
İlanlar, çayanlar dilində ağu!
Kim bilir, bəlkə də haqq ilə əlbir
Rəfibəylilərin taleyidir bu!
Anar "Durna taleyi" essesində yazır: "Anamı ümumi qəbiristanlıqda öz anasının, nənəsinin, dayısının, dayısı oğlanlarının yanında basdırdıq. Dəfn etdiyimiz dəqiqələrdə qeyri-ixtiyari anamın keşməkeşli taleyi haqqında düşünürdüm. Haçansa kübar, zadəgan ailəsində bir qız dünyaya gəlir. Başqa zadəgan ailəsi bu qız bizim gəlinimiz olacaq deyə qoyun kəsdirir, sonra siyasi tufanlar qopur, yeddi yaşlı qızın atasını qətl edirlər, qurban kəsənlər pərən-pərən olub dünyaya səpələnirlər. Balaca Nigar yeniyetməlik çağından öz əlinin zəhməti ilə çörəyini qazanır. Özünü və anasını saxlayır, özgəsinin şeirinə görə vicdansız təqiblərə və təhqirlərə düçar olur. Ala gözlü bir gəncə rast gəlir, onunla bir yerdə yeni həyata qovuşur, dünyanın ədalətinə və işığına iman gətirir, ömrünün ən gözəl illərini, yaradıcılığının ən qaynar çağlarını ailəsinə, üç balasına qurban verir, özü ağır xəstə olsa da, xəstə ərinnin yanından aralanmır, ona qulluq edir. Qadınlıq, analıq borcunu sona qədər yerini yetirir... Və indi - ərinin ölümündən sonra, öz ölümündən sonra yenidən ilk ailəsinin - çox sevdiyi Rəfibəylilərin yanına qayıdır. Anamın bir şəkli də gözümün qabağına gəlirdi bu dəqiqələrdə: Moskva ətrafında, güllü çiçəkli bir çəməndə çəkdirib bu şəkli. Çox cavandır, əllərində bir qucaq çöl çiçəkləri saxlayıb. Mənə elə gəlirdi ki, o özü də bizim həyatımıza, hamımızın ömrünə bu güllər, çiçəklərlə dolu bir aləmdən gəlib və bir gün ora da çəkilib qeyb oldu... Hamımızın ona borcu vardı, o isə özünü hamıya, o cümlədən xəstəliyi zamanı ərinin ala gözlərindəki yaşa borclu sayırdı...".
Şeirdəki "Salam, səmavatın əşsiz yıldızı" sətri lirik-semantik yükün əsas daşıyıcısı olan misralardan biridir. Tayı-bərabəri olmayan, bənzərsiz mənalarını özündə ehtiva edən "əşsiz" epitetinə ustad Səməd Vurğunun 20-ci illər lirikasında da rast gəlirik. "Əş", "eş" şəkillərində işlənən bu söz bugün bizim dilimiz üçün bir qədər arxaik sayıla bilər. Lakin çağdaş Türkiyə türkcəsində, özbək və başqa türk dillərində bu söz müasir dövrdə də aktiv lüğət tərkibinə mənsubdur. Müəllif iyirminci illərin poetik leksikonuna müraciət etməklə bir tərəfdən əsas obrazın tarixi mənşəyinə və mahiyyətinə diqqəti yönəldir. İkinci tərəfdən isə öz lirik qəhrəmanının taleyini və sonunu təsəvvürümüzdə ustalıqla əyaniləşdirir. "Əşsiz yıldız" bənzətməsi şairin çox uğurlu tapıntısı olmaqla bərabər, ümumən, şeirdə müəllif estetik idealının parlaq ifadəsinə çevrilmişdir. Məhz bu obraz-bənzətmə oxucunun da fikir və xəyallarını xəfif bir tərzdə hərəkətə gətirir və siz də bu poetik məntiq yönündə düşüncələrə dalırsınız: Nigar xanım, Siz göyləri çoxdan özünüzə məskən etmisiniz. Günahkar yerlərdən çox-çox uzaqlardasınız. Başqa meyarlar və ölçülər aləmində yaşayırsınız. Amma yerlər unuda bilmir sizi, Nigar xanım! Bəzi ürəyi kirli və kinli insanların gözlərini kor edir sizin işığınız! Çünki siz paklığınız, təmizliyiniz, müqəddəs və aliliyinizlə ana yurdumuz Azərbaycana çevrilmisiniz:
Adı hallansa da göylə yanaşı,
Göydən çox kiçikdir yerin qarışı,
Nə vaxt daş atıbsa göyə bir naşı,
Qayıdıb başına düşübdü daşı!
Həqiqətən böyük şairənin və yenilməz şəxsiyyətin faciələrlə, sınaqlarla, ömürdən uzun həsrətlər və ayrılıq əzabları ilə yoğrulmuş həyat yolu onun zərif qəlbindəki həyat və yaşamaq həvəsini, mübarizə əzmini, elinə, yurduna və cəfakeş Vətəninə sonsuz sevgisini zərrə qədər azalda bilməmişdi. Bu böyük və yenilməz qadının saf mənəviyyatı, doğma xalqına heç bir sədlərə və sərhədlərə sığmayan məhəbbəti təkcə bizi yox, hələ neçə-neçə nəsilləri öz günəş hərarəti ilə isidəcək, heyrətləndirəcəkdir.
Bir ömrü yüz ömrə calasan belə,
İnsanlara borcum qurtarmaz mənim.
Paylardım yurdumun çiçəklərini
Azalaydı borcum kaş bir az mənim.
Borcluyam həkimin nicat əlinə,
Vətən havasına, Vətən gülünə...
Borcluyam elimin şirin dilinə,
Bu doğma torpağa, daşa borcluyam.
Qardaş qayğısıyla sevən dostlara,
Ala gözlərdəki yaşa borcluyam.
Bir az da möhlət ver, aparma, ölüm,
Qoy bu borclarımı qaytarım gedim.
Dünyaya məhəbbət borcum var mənim -
Qoy ki, haqq-hesabı qurtarım gedim.
Bizcə, Anar müəllimin aşağıdakı səmimi ürək sözlərini və acı etirafını hamımız bölüşməliyik. Bütün dünyaya, xalqına, Vətəninə özünü borclu sayan və bu müqəddəs məsləki yolunda şam kimi əriyən bu zərif qəlbli və qüdrətli qadına əslində hamımız borclu idik, borcluyuq və bu borcu ömrümüz boyu qaytara bilməcəyik: "O, xalqına, ədəbiyyatına, ailəsinə və balalarına, nəvələrinə borcunu artıqlamasıyla ödədi, amma biz ona borcumuzu daha heç vaxt ödəyə bilməcəyik"
Vətən və millət mücərrəd düşüncələrdən, absurd anlayışlardan ibarət deyil. Hər bir böyük və kiçik şəxsiyyət bu möhtəşəm obrazın müəyyən bir cəhətini, zərrəsini təşkil edir. Şəxsiyyət böyüdükcə və qüdrətli olduqca onun vətən simasındakı əksi də daha bariz surətdə nəzərə çarpır. Xalqın və ölkənin milli qiyafəsini daha çox bu cür insanlar müəyyənləşdirir. Ümummilli liderimiz Heydər Əliyevin uzqgörənliklə söylədiyi dahiyanə sözlər həmişə yaddaşımızda yaşarıdır: "Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir- ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımız, xalqımıza mənsub olan adət-ənənələrdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır". Möhtərəm prezidentimiz İlham Əliyevin dərin vətənpərvərlik ruhu ilə yoğrulmuş sözləri hər bir vətəndaşımızın və hər bir azərbaycanlının qəlbində əks-səda verməkdədir: "Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər. Çıxışımı ulu öndər Heydər Əliyevin unudulmaz sözləri ilə yekunlaşdırmaq istəyirəm: "Biz hamımız fəxr edirik ki, biz azərbaycanlıyıq".
Şeirin epiloqu da bizi son dərəcə ümidləndirir. Millətimizin mənəvi qüdrətinə və bütövlüyünə inamımızı gücləndirir. Yenilməz xalqımızın Nigar Rəfibəyli kimi əzabkeş və unudulmaz övladlarının günəş kimi nurlu və parlaq simasına bir kimsə kölgə sala bilməz. "Göylərin əşsiz yıldızı" başımız üzərində daim nur saçacaqdır. Müdrik və mehriban anamız Azərbaycan öz əzabkeş və cəfakeş övladlarını sonsuzluğa qədər, qiyamətəcən bağrında yaşadacaqdır. Bu günlərdə işıqlı dünyaya göz açmasından 100 il keçən böyük Şairəmizin əziz və müqəddəs xatirəsini xalqımız minnətdarlıqla yad etməkdədir. Ürəkdən inanırıq ki, gələcək nəsillər də Vətənimizin bu əzabkeş və yenilməz övladının adını həmişə məhəbbətlə anacaqlar. Eynən "Xudadat qızı" şeirinin son sətirlərində deyildiyi kimi:
Bağışla yerləri, Xudadat qızı,
Bağışla, göylərin əşsiz yıldızı,
Bağışla, hürr sözün nazəndə yazı!..
Yaşar Qasımbəyli,
AYB-nin üzvü,
filologiya elmləri üzrə fəlsəfə doktoru