adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Iyun 2019 17:43
21847
ƏDƏBİYYAT

Poetik düşüncələrin səmimi ovqatı

Əzizə Ağahüseynqızı müasir poeziyamızda məxsusi yaradıcılıq manerası, orijinal dəst-xətti,həmçinin poetik təfəkkürünün təravəti ilə seçilən istedadlı şairlərdən biridir. Onun poetikdüşüncələrinin fəlsəfi tutumu, yaradıcılıq fərdiyyətinin rəngarəngliyi, sənət müstəvisində bədii özünütəsdiqfaktoru kimi çıxış edir. Zəngin söz aləmi, bədii predmetə yanaşma özəlliyi,cəmiyyətə münasibət, duyğu və düşüncələrin təbiiliyi şairin poetik istedadınınməxsusiliyini şərtləndirir.

Əzizə xanımın şeirlərində insanın daxili aləmininbədii-psixoloji mənzərələri, zamanın, vaxtın poetik-fəlsəfi qatları, həyatınsosial-ictimai təbədüllatları, həmçinin milli-mənəvi dəyərlərin müqəddəsliyininpoetikası obrazlı ifadələrlə, dolğun bədii təfəkkür işığında misralarınsəbatına çevrilir.

Onun son dövrlərdə qələmə aldığı poetik nümunələrciddi ədəbi axtarışlardan doğan uğurun səciyyəsidir. "Gecələr yadıma evimiz düşər”,"Sən mənim ömrümə yaz kimi gəldin”, "Axşam da qəribdir, mən də qəribəm”, "Dan üzüdüşüncələrim” "Ürəyimin liman yeri”, "Sabaha gedirəm”, "Damcının pıçıltıları”və s. şeirlər poetik təravəti, bədii ümumiləşdirməsi və müasirlik ruhu,çağdaşlığı ilə diqqəti cəlb edir. Sadaladığım bu şeirlərin hər birininözünəməxsus poetik sanbalı var.

Şeir - duyğularındilində danışan adam kimidir. Onunla danışmaq, yaxud onu danışdıra bilmək həriki müsahibin məharətindən, daxili aləminin zənginliyindən asılıdır. Əzizə Ağahüseynqızının şeirləri çox maraqlı,kövrək ruhlu, səmimi müsahibdir.

"Bir yarpaq ağlayır payızın üstə” şeiri bədiiməziyyətləri ilə seçilir. Bu poetik nümunənin hər misrasındaduyğuların nəbzi döyünür.

Qarşımda kədərli,qəmli mənzərə,

Bir yarpaq ağlayırpayızın üstə.

Hönkürə-hönkürəsərilib yerə,

Bir yarpaq ağlayırpayızın üstə.


Vaxtsız külək doyub, budaqdan düşüb,

Ayazdan, qırovdan,sazaqdan düşüb.

Düşüb üzüqoylunə vaxtdan düşüb,

Bir yarpaq ağlayırpayızın üstə.

Bu şeirin hər misrasından poeziya ətrigəlir. Poetik çəkisindən asılı olmayaraq, şeir səmimi vəürəyəyatımlı olmalıdır. Bu şeirin uğurunu şərtləndirən cəhətlər sırasında öncəsəmimi ovqat, kövrək duyğular diqqəti cəlb edir. Bununla yanaşı, bu səmimiyyətipoetik məzmun, bədii-fəlsəfi düşüncə, dolğun sənət nümunəsi səviyyəsinəqaldıran amillər - obrazlılıq, təfəkkür zənginliyi və yenilik axtarışlarıdır.Şeir - həyat həqiqətlərinin, duyğuların, düşüncələrin bədii-fəlsəfi, poetikhəqiqətə çevrilməsi hadisəsidir. Və bu bədii-fəlsəfi məqam misralardaəyaniləşir.

Kimsəsiz idimi, tənha idimi?

Duyunca sızladı könlümün simi.

Atasız, anasız uşaqlar kimi,

Bir yarpaq ağlayır payızın üstə.

Yerini budaqdan asıb göynəyir,

Səsini içinə qısıb göynəyir.

Torpağı bağrına basıb göynəyir,

Bir yarpaq ağlayırpayızınüstə.

Bu şeirin əsas leytmotivini insan və zaman komponentləri təşkil edir.Şair təbiəti insaniləşdirərək bədii-fəlsəfi düşüncəni poetik detallarla zənginləşdirərək,misralara bədii-fəlsəfi sanbal qazandırmışdır.

Əzizə Ağahüseynqızının şeirlərində"vəhdəti-vücud” fəlsəfəsindən doğan təsəvvür elementləri də mövcuddur. "Sözə gəldim”şeiri bu baxımdan səciyyəvidir.

Sözü sözdən seçib gəldim,

Sözü su tək içib gəldim.

Söz ki, güclü dağ çayıdı,

Mən bu çaydan keçib gəldim.

Və yaxud "De görüm” şeirindəki misralar da poetik mətləbin ürfani məziyyətlərinəgüzgü tutur.


Eşq dağında qaya idim, daş idim,

Sevgin oldu tayın-tuşum, yaşıdım.

Baxışını gözlərimdə daşıdım,

Nəyin qaldı aparmağa, de görüm?


Yerişini, duruşunu apardım,

Sevincini, gülüşünü apardım,

Həm könlünü, həm huşunu apardım,

Nəyin qaldı aparmağa, de görüm?

Şairin ədəbi uğurunu şərtləndirən xüsusiyyətlərdən biri də onun qələməaldığı mövzuların mahiyyətinə dərindən vaqif olması, gördüyü problemlərinsəbəbini sənətkar kimi araşdırmasıdır. Milli-mənəvi dəyərlərimizə, bağlılığı,milli özünüdərk mövzularına bələdliyi diqqətdən yayınmır. Onun şeirlərindəyalnız milli ağrılarımız göstərilmir, həm də bu bəlaları doğuran səbəblər bədiisənət güzgüsündə işıqlandırılır.

Taleyi düzəlmir, bəxti danılır,

Düşmənin əlində əsir sanılır.

Yoxluğu gör neçə ildir anılır,

Yadımdan çıxmır ki, Xocalı dərdi.


Odlara qalandı, yandı, yaxıldı,

Guya kağızlarda ona baxıldı.

Qocası, cavanı şişə taxıldı,

Yadımdan çıxmır ki, Xocalı dərdi.


Ömrümə aldığım qara kağızdı,

Nə qışı bir qışdı, nə yazıyazdı.

Tanrı qismətinə ayazı yazdı,

Yadımdan çıxmır ki, Xocalı dərdi.

Yurd sevgisi, Vətən eşqi onun yaradıcılıq kredosunun əsasını təşkil edir. Əzizəxanımı şair kimi səciyyələndirən önəmli cəhət onun vətəndaşlıq qayəsininsəmimi və dolğun olmasıdır. Müxtəlif mövzularda yazılan şeirlərini səmimiovqat, həyat hadisələrinə fəlsəfi baxış, xeyirxahlıq duyğuları, saf sevgihissləri birləşdirir. Bütün bu məziyyətlər Əzizənin bədii sözə məsuliyyətləyanaşmasının nəticəsi olmaqla yanaşı, həm də yetkin sənətkarlıq məharətinəyiyələnməsinə zəmanət verir.

O, dilimizin rəngarəng və zəngin təhkiyələrdən, bədii təsvir və ifadəvasitələrindən bacarıqla istifadə edərək, mövzuların poetik həllini, bədiiümumiləşdirməsini özünəməxsus dəst-xətlə təqdim edə bilir. Sevgi mövzusundayazdığı şeirləri də poetik təravəti, səmimi ruhu və orijinal deyimləri iləmaraq doğurur. Şairin "Bulud” şeiri poetik düşüncə və bədii təsvir vasitələrinzənginliyi ilə seçilən şeirlərdəndir.

Niyə hönkürürsən körpə uşaq tək,

Bozarıb, qaralıb ağlayanbulud.

Ömrün payızında vaxt itirirsən,

Başına qara şal bağlayanbulud.


Ömrün dolayları şəndi, dumandı,

Kövrəkümidimi qırmaamandı.

Çəkilib getmişdin xeylizamandı,

Başımın üstünü haqlayan bulud.


Tanrının işidir baxmaz ağına,

Həsrətdən çəkilən könül dağına.

Dözmürəm bozarıb ağlamağına,

İndi mən ağlayım, sən dayan,bulud.

Əzizə Ağahüseynqızının orijinal,dolğun poetik deyimləri könül açır. Maraqlıdır ki, şairin bütün şeirlərində,mövzusundan asılı olmayaraq obrazlı düşüncə, lakonik fikirlər kifayət qədərdir.O, hər bənddə orijinal poetik lövhələr canlandıra bilir.

Əzizənin şeirlərində milli kolorit qüvvətli olduğu üçün böyük maraqdoğurur. Bu cəhət şeirlərin mövzusunda, mütəmadi müraciət olunan qoşma vəgəraylı janrının ahəng və ritmində, bədii təsvir vasitələrin dolğunluğundanəzərə çarpır.

Sənsiz yoxam, sənsiz heçəm,

Ürəyindən gəlib keçəm.

İntizarla otur gecəm,

Sabahım, danım, necəsən?

Bir oldu çayların suyu,

Yuxula, könlümdə uyu.

Balamın, nəvəmin soyu,

Ay adım, sanım, necəsən?

Zirvələrin çən, əzizi,

Zəmilərin dən, əzizi,

Əzizənin ən əzizi,

Ürəyim, canım, necəsən?

Hər misrasından həsrət qoxulu sevgi duyğuları boylanan belə səmimi vəobrazlı deyimlərlə süslənmiş poeziya nümunələrini yaradır istedadlı şair Əzizə Ağahüseynqızı. Bu şeirinruhundakı intonasiyanın təravəti poetik düşüncənin, bədii fikrin ifadəliliyinəməxsusi ovqat aşılayır.

İnsan canlı varlıq olaraq təbiətin bir parçasıdır, digər canlılardan fərqiodur ki, onun içində də bir təbiət mövcuddur. Xarakter, iradə, emosionallıq,düşüncə, arzu, sevinc, kədər, ümid və s. psixoloji komponentlər insanındaxilindəki təbiətin bizə məlum olan coğrafiyasıdır. Ancaq vizual təbiətdəkisaysız-hesabsız sirlər kimi, virtual təbiətin də kifayət qədər sirləri var. Busirlərin bəzi nüansları müxtəlif üsul və vasitələrlə üzə çıxır.

Poetik mənanın sözlə işlənmiş vizual tablosuna baxaq. "Lalə” şeiri poetikməna çalarları ilə diqqəti cəlb edir.

Kövrəlib durmusan yol kənarında,

Qəmini, dərdini alım, a lalə.

İnciksən, küskünsən yoxsa yarından,

Qolumu boynuna salım, a lalə.

Dayanıb qalmısan köçdən aralı,

Ləçəyin qırmızı, köksün qaralı.

O gündən bağrımın başı yaralı,

Dedilər adına lalım, a lalə.

Həyamı çilənib yanaqlarına?

Qanınmı ələnib varaqlarına.

Düşüb yalvarıram ayaqlarına,

Yetər ki, yanında qalım, alalə.

Əzizə Ağahüseynqızının poeziyasındamilli-mənəvi dəyərlərə bağlılığın, valideyn-övlad məhəbbətinin səmimivə kövrək ovqatı özunəməxsus bədii koloritlə təqdim olunur.Bu mövzuda qələmə aldığı şeirlər işıqlı bir kədər qoxuyur. İstedadlı şairin ata-anasınayazdığı çoxsaylı şeirler poetik təravəti ilə seçilir və çox təsirlidir. Bu şeirlərdəkipoetik enerji, bədii-ictimai sanbal, orijinal fikirlər yaddaqalandır. "Ən doğmaadam” şeirində olduğu kimi:

Açdım qapısını bir yaz axşamı,

Anamın buludlu baxışı güldü.

Gümüşü şimşəyin dodağı qaçdı,

O uca dağların yağışı güldü.

Çırpdı gülüşünü qəmli könlünə,

Çilik-çilik oldu qəm baxışları.

Qəlbindən dilinə süzülüb axdı,

Sevinc alqışları, şən alqışları.

Dil açdı danışdı divarı, daşı,

Güllü yorğanının çiçəyi güldü.

Mən onu dünyada ən doğma adam,

O, məni ən əziz qınağı bildi.

Bu şeirin doğurduğu səmimi və kövrək ovqat çox orijinal poetikdetallarla öz bədii ifadəsini tapıb. İstedadlı şairin atasına ünvanladığışeirlərdəki misralar da öz səmimi poetikası ilə seşilir.

Sənsən həm sevincim, sənsən həmqəmim,

Yurdunu qoruyum, yuvanı sevim.

Nurlu təbəssümün könül həmdəmim,

Sözün-söhbətinlə isinir evim.

Ovuna bilmirəm xatirələrlə,

Günümü sayıram birtəhər, ata.

Qaranquş bahardan xəbər gətirdi,

Səni gətirmədi bu bahar, ata.

Bu duyğu və düşüncələr içində istedadlı şair Əzizə Ağahüseynqızınınpoetik dünyasının qapısından kecdim...

Bu qənaətdəyəm ki, Əzizə xanımın poeziyası ədəbi təhlil müstəvisindəgeniş araşdırılmağa layiqdir. Poetik enerjisi, rəngarəng məna çalarları, yetkin yaradıcılıq səriştəsi ilə diqqətçəkən bu poeziyaədəbiyyatımızı zənginləşdirə bilən səciyyə daşıyır.

İstedadlı şair Əzizə Ağahüseynqızına yeni yaradıcılıquğurları arzulayıram.

Balayar Sadiq