adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Oktyabr 2014 17:13
4205
SAĞLAMLIQ

Plastik əməliyyatın tarixi

Bu gün tarixə ilk plastikcərrahiyyənin edildiyi gün kimi düşüb. Rəsmi tarix 1814-cü il götürülsə də, ümumiyyətlə, plastik cərahiyyənin ilk işlərinin eramızdan əvvələ gedib çıxdığı bildirilir. Təxminən 3 min əvvəl qədimMisirdə dovşandodağın düzəldilməsi, əzilmiş burunun yenidən bərpasını həyatakeçirirmişlər. 

Hindistanda da Suşita adlı həkim ilk plastik burun əməliyyatınıedib. O qopmuş burunu yenidən üzə birləşdirməyi bacarıb. Əldə olunmuş qədim mənbələrdəbu əməliyyatlar haqqında məlumatlar bunu sübut edir. VII əsrdə İsgəndəriyyədə həkimPaulos isə süd vəzisinin kiçildilməsi əməliyyatını (indiki liposaksiyaya bənzər)həyata keçirib. Avropada isə italiyalı həkim Qaspar ilk dəfə qopmuş burunuyenidən üzə birləşdirmək əməliyyatını uğurla yerinə yetirib. 1850-ci ildəVinsens adlı həkim isə insan bədəninin başqa yerindəki piy vəzilərini sinəyəyerləşdirməklə ilk sinə böyüdülməsi əməliyyatını həyata keçirib. 

Başqa bir versiyada isə ilk plastik cərrahiyyənin1916-cı ildə həkim Harold Qillis tərəfindən edildiyi bildirilir. O, alt çənə plastikasını həyata keçirib. Həmçinin o, 1946-cı ildə,kişi cinsiyyətini qadınla dəyişib, 1951-ci ildə isə əksinəolaraq qadın cinsi üzvünü götürərək onu kişi cinsi üzvü ilə əvəz edib.

Hər il milyonlarla insan sifət cizgilərini gözəlləşdirmək üçünplastik cərrahiyyəyə müraciət edir. Psixoloqlar bildirirlər ki, həssas insanlarda xarici görünüşlərini qiymətləndirmə emosiyalarlabağlı olur. Depressiyaya meyilli olanlar və ya xarici görünüşünü layiqincə qiymətləndirməyənlərbəzən düşünürlər ki, plastik əməliyyat onların bütün problemlərini həll edəcək.Bu, ciddi və təhlükəli yanılmadır. Mütəxəssislər bildirirlər ki, onların problemi psixolojidir, ona görə beləinsanlara plastik cərrahın yox, psixoterapevtin köməyi lazımdır. Bir çox cərrahlaryeniyetmələri, depressiyadan və digər psixoloji pozğunluqdan əziyyət çəkənləriemosional problemləri həll olunmayana qədər əməliyyat etməkdən imtina edirlər.  

Statistikaya görə, estetikəməliyyatlarla bağlı müraciətlərin çoxu burun əməliyyatları ilə bağlıdır. Sonrakı yeri qarın və süd vəzisi əməliyyatları tutur. Bundansonra üzün dartılması, göz qırışlarının aradan qaldırılması və s. gəlir.

Burun əməliyyatları ilə bağlı müraciət edən xəstələrin 50faizi gənclərdir. Bu əməliyyat üçün 17 yaşdan tutmuş 50 yaşadək insanlarmüraciət edirlər. Onların 50 faizini 17-25 yaş arası gənclər təşkil edir.Sonrakı müraciətlər isə daha çox 35-50 yaş arasında olan həm xanımlar, həm dəkişilərdir.